527) Uşaq hansı yaşda yeriməyə başlayır?
A) 16-18 ayında
B) 11-12 ayında
C) 15-16 ayında
D) 7-8 ayında
E) 8-9 ayında
Yeni doğulmuşun onurğa sütununda fizioloji əyriliklər əmələ gəlir.(boyun,döş və bel) 2 ayında boyun,6-7 ayda döş, 11-12 ayda bel. Bu əyriliklərə uyğun olaraq uşaq 2 ayında başını saxlayır, 6-7 ayda oturur, 11-12 ayda yeriməyə başlayır.
Ədəbiyyat: Н.B.Ежова, E.M. Русакова “Педиатрия” 2002 стр. 72
528) Südəmər uşağa ilk əlavə yemək olaraq nə verilməlidir?
A) Mannı sıyığı
B) Tərəvəz püresi
C) Kefir
D) Meyvə şirəsi
E) Şorbalar
5 ay ana südü uşağın qida təlabatını tam ödəyir. Sonra isə uşaq orqanizminin təlabatı artdığı üçün, tək ana südü uşağı doyuzdurmur.Ona görə də südəmər uşağa südlə bərabər əlavə qidalarda verilir.
Ədəbiyyat: Н.B.Ежова, E.M. Русакова “Педиатрия” 2002 стр. 32
529) Südəmər yaş dövründə ilk əlavə yemək hansı ayda verilir?
A) 7 ayında
B) 3 ayında
C) 4 ayında
D) 6 ayında
E) 5 ayında
5-6 ay ana südü südəmər uşağın tələbatını tam ödəyir. Böyüdükcə orqanizmin təlabatı artdığı üçün ana südü azlıq edir.Ona görə 6 -cı aydan uşağa əlavə qidalar verilir.
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 101
530) Ana südü ilə qidalanmada əmmə müddətini kim təyin edir?
A) Süd verən ana təyin edir
B) Uşaq təyin edir
C) Tibb bacısı təyin edir
D) Həkim təyin edir
E) Köməkçi təyin edir
Ana südü ilə qidalanmada əmmə müddətini uşaq təyin edir :uşaq doyandan sonra özü ana südündən imtina edir.
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 səh 104
531) Hansı çəkidə doğulmuş uşaq orta çəkili hesab edilir?
A) 2500-3000 qr
B) 3500-4000 qr
C) 3000-3500 qr
D) 2000-2500 qr
E) 4000-4500 qr
Vaxtında yeni doğulmuş uşağın orta çəkisi normada 2500 qramdan çox, 3000-3500 qr təşkil edir.
Ədəbiyyat: N. Tağıyev “Neontologiya” 2007 səh 35
Dostları ilə paylaş: |