540) Vaxtından əvvəl doğulmuş uşaq üçün ən ideal dəyərli qida nədir?
A) Keçi südü
B) Ana südü
C) İnək südü
D) Adaptə olunmuş qarışıqlar
E) Kefir
Ana südü uşaq üçün dəyərli və əvəz edilməz bir qidadır, tərkibinə görə orqanizm tərəfindən asan mənimsənilir. Bağırsağın normal mikroflorasını qoruyur.
Ədəbiyyat: N.Tağıyev “Neanatologiya ”Bakı 2007 səh 124
541) Hamiləliyin neçə həftəsindən əvvəl doğulan uşaq vaxtından əvvəl doğulmuş sayılır?
A) 39
B) 37
C) 41
D) 42
E) 40
Normal hamiləlik 39-41 həftəyə qədər olan hamiləlikdir. Bu dövrdə doğulan uşaq ana bətnində inkişaf edərək funksional cəhətdən yetişmiş uşaq olur. 37 həftədən əvvəl doğulan uşaq isə funksional cəhətdən yetişməmiş ,vaxtından əvvəl doğulmuş uşaq sayılır.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya ”, “Bakı” 2007 səh 126
542) Yeni doğulma dövründə sepsisə səbəb olan giriş qapısı hansıdır?
A) Dəri
B) Ağız boşluğu
C) Göbək yarası
D) Burun keçəcəyi
E) Konyuktiva
Yeni doğulmuşlarda sepsis :hər hansı bir mənbədən mikrobun qan və limfa axınına daxil olmasıdır. Yenidoğulmuşda sepsisin giriş qapısınının əsasını göbək yarası təşkil edir. Aseptika, antiseptika qaydalarına əməl etmədikdə yenidoğulmuşun göbək güdülü infeksiyalaşır.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya ” Bakı 2007 səh 126
543) Aşağıdakılardan hansı yeni doğulmuşun hemolitik xəstəliyində orqanizmə toksiki təsir edir?
A) Xolestrin
B) Bilurubin
C) Qlukoza
D) Melanin
E) İnsulin
Yeni doğulmuşların hemolitik xəstəliyində qanda qeyri- düz billubinin miqdarı çoxalır. O da orqanizmə toksik təsir edir.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya ” Bakı-2007 səh 305
544) Aşağıdakılardan hansı xromosom xəstəliyidir?
A) Şəkərsiz diabet
B) Fenilketonuriya
C) Piylənmə
D) Şəkərli diabet
E) Daun xəstəliyi
Daun autosom tipli irsi xromosom xəstəliyidir. Xəstəlik 15,21,22-ci xromosomlarda olan patologiya ilə əlaqədar olaraq əmələ gəlir. Bu xəstəliyin xarakterik simptomları olur. Belə uşaqların boyu qısa, gözləri xırda, qulaqları qeyri simmetrik, ağzı yarım açıq, başı böyük olur. Ağıl zəifliyi xəstəliyin xarakterik əlamətidir.
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 səh 352
Dostları ilə paylaş: |