Feldşer İxtİsası üzrə test tapşırıqları nümunələrİ


) Hansı çəkidə doğulan uşaq vaxtından əvvəl doğulmuş sayılır?



Yüklə 261,37 Kb.
səhifə137/248
tarix02.07.2022
ölçüsü261,37 Kb.
#62598
1   ...   133   134   135   136   137   138   139   140   ...   248
Umumi test suallari

545) Hansı çəkidə doğulan uşaq vaxtından əvvəl doğulmuş sayılır?

A) 4000 qr


B) 2800 qr
C) 3000 qr
D) 2500 qr
E) 2700 qr
Vaxtından əvvəldoğulmuş uşağın çəkisi 2500 və ondan az olur.Bunun əsas səbəbi hamiləlik dövrünün başa çatmamasıdır. Çünki, hamiləliyin axırıncı 2 ayında dölün ana bətnində fiziki cəhətdən böyüməsi başa çatır.

Ədəbiyyat: N. Tağıyev” Neonatologiya” ”Bakı” 2007 səh 125




546) Uşaqda burun – udlaq keçəcəyinin iltihabı necə adlanır?

A) Traxeit


B) Rinit
C) Faringit
D) Laringit
E) Nazofaringit
Uşaqda burun udlaq keçəcəyinin iltihabı nazofaringit adlanır. Anatomik fizioloji xüsusiyyətə görə burunda iltihab olduqda prosesə burun udlaq keçəcəyi də qoşulur,bu səbəbdən də uşaqlarda nazofaringit ə çox rast gəlinir.

Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri” “Bakı”2008 səh 202




547) Uşaqda bronxial astma nə ilə xarakterizə olunur?

A) Yüksək hərarətlə


B) Qıcolma ilə
C) Tənginəfəsliklə
D) Göyərmə ilə
E) Boğulma tutması ilə
Bronxial astma infeksion allergik xəstəlikdir. Xəstəlik zamanı bronxlarda spazm baş verir, xəstədə nəfəsvermə aktı çətinləşir.bu da boğulma tutmalarına səbəb olur.
Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri” “Bakı”2008 səh 190


548) Uşaqda kəskin otitin əsas əlaməti nədir?

A) Öskürək


B) Tənginəfəslik
C) Döş qəfəsində ağrı
D) Qulaqda ağrı
E) Sianoz
Otit orta qulağın iltihabıdır, uşaqlarda infeksiya ən çox yuxarı tənəffüs yollarının iltihabı zamanı orta qulağa keçir. Əsas əlaməti qulaqda ağrıdır.

Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri” “Bakı”2008 səh 191




549) Revmatik poliartitdə hansı oynaqlar daha çox zədələnir?

A) Böyük oynaqlar


B) Kiçik oynaqlar
C) Döş qabırğa oynaqları
D) Əl darağı oynaqları
E) Onurğa sütunu oynaqları
Revmatik poliartitin ən çox zədələndiyi oynaqlardır.Revmatik poliartiritdə əsasən böyük oynaqlar zədələnir.

Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri” “Bakı”2008 səh 228





Yüklə 261,37 Kb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   248




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin