519) Yenidoğulmuş sağlam uşağa BCJ vaksini neçənci gün vurulur?
A) 1-3
B) 11-12
C) 5-8
D) 9-10
E) 3-5
Vərəm xəstəliyinin spesifik profilaktikası məqsədilə yenidoğulmuş uşaqlara 3-5 gün ərzində BCJ vaksini vurulur.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни.1 986 стр 257.
520) Su çiçəyi ilə xəstələnmiş uşaqla kontakda olan 3 yaşa qədər uşaq neçənci gündən izolə olunmalıdır?
A) 11-ci gündən 21-ci günə qədər
B) 30-cu gündən 40-cı günə qədər
C) 22-ci gündən 30-cu günəqədər
D) izolə olunmur
E) 1-ci gündən 10-cu günə qədər
Su çiçəyi xəstəliyinin inkubasion dövrü 2-3 həftə olur.Xəstəliyi virus törədir.Xəstəlik hava- damcı yolu ilə yayılır. Xəstə uşaq xəstəliyin 9-10-cu günündən sonra yoluxucu olur. Ona görə xəstə uşaqla kontakda olan 3 yaşa qədər uşaqlar xəstələnmənin 11-ci günündən 21-ci gününədək izolə olunurlar.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни.1 986 стр 500.
521) Su çiçəyi səpkilərini işləmək üçün hansı məhluldan istifadə olunur?
A) Natrium xlorid
B) Brilyant yaşılı abısı
C) Dimedrol
D) Furasilin
E) Yod
Su çiçəyi xəstəliyinin xarakterik xüsusiyyəyi odur ki, bədənin hər yerində,hətta saçın içərisindədə müxtəlif formalı( ləkə, papula, vezikula) təzə və qabıqlamış səpgilər olur. İkincili infeksiyanın qarşısını almaq üçün bu səpkilər brilyant yaşılı abısı ilə işlənilir.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни.1 986 стр 501
522)
Uşaqlarda Evstax borusu hansı anatomik xüsusiyyətinə görə otit əmələ gəlməsinə şərait yardır.?
A) Qısa və enli olmasına görə
B) Qısa və dar olmasına görə
C) Uzun və geniş olmasına görə
D) Uzun və dar olmasına görə
E) Əyri olmasına görə
Anatomik qurluşuna görə uşaqlarda Evstax borusu qısa və enli olduğuna görə yuxarı tənəffüs yollarında olan ifeksiya asanlıqla orta qulağa keçərək, otit əmələ gəlməsinə səbəb our.
Y.P.Bisyarina .Uşaqların anatom-fizioloji xüsisiyyətləri.səh.124
Dostları ilə paylaş: |