429) İsitqacın yerli təsiri hansıdır?
A) Bədəni soyudur, iltihabı prosesin sorulmasına kömək edir
B) Damarı daraldır.
C) Dərini oyadır, qan dövranını yaxşılaşdırır
D) Qan dövranını yaxşılaşdırır,iltihabı prosesin sorulmasına kömək edir
E) Qanaxamanı dayandırır.
İsidqac bədəni isidir, damarı genişləndirir. Qan dövranını yaxşılaşdırır. İltihabı prosesin sorulmasına kömək edir.
Ədəbiyyat: “Tibb bacısının məlumat kitabı” Bakı 1994 səh 60
430) Spazmofiliya qıcolması zamanı ilkin təcili yardım hansıdır?
A) Naşatır spirti ilə qıcıqlandırılır, havaya çıxarılır
B) Ürəyin qapalı masajı aparılır
C) Antibiotik vurulur
D) Ürək dərmanları verilir
E) Süni tənəffüs və oksigen verilir
Spazmofiliya zamanı qıcolma baş verərsə xəstəyə təcili yardım göstərilməlidir.: naşatır spirti iylətmək, sünii tənəffüs vermək, qıcolma əleyhinə preparatlardan istifadə etmək lazımdır.
Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri ”Bakı 2008 səh 35
431) Qanda şəkərin artması necə adlanır?
A) Leykopeniya
B) Hiperqlükozuriya
C) Hiperqlikemiya
D) Hipoqlikemiya
E) Hipoqlükozuriya
Normada qanda 3,3-5,5 mmol/l olur. Qanda şəkərin artması hiperqlikerima adlanır.
Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri ”Bakı 2008səh 335
432) Bronxial astmanı hansı faktorlar əmələ gətirir?
A) Bronxların yad cismlə tutulması
B) Helmintozlar
C) İnfeksion- allegik amil
D) Zəhərli maddələrin tənəffüs yollarına təsiri
E) Orqanizmin reaktivliyinin aşağı düşməsi
Bronxial astma xəstəliyi ən çox erkən yaşlarda baş verən və ağır gedişli bir xəstəlikdir. Bu xəstəliyə infeksion –allrgik xəstəlik kimi baxılır. Məlum olmuşdur ki,xəstələrdə allergik reaksiyaya səbəb çox hallardarda irsi faktordur.
Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri ” Bakı 2008, səh 190.
Dostları ilə paylaş: |