416) Uşağın ilk qidası olan ağız südünün (molozivo) yetişmiş südə nisbətən üstünlüyü nədir?
A) Tərkibində yağlar azdır
B) Tərkibində zülal azdır
C) Tərkibində fermentlər çoxdur
D) Tərkibində immunoqlobulinlərin miqdarı çoxdur
E) Tərkibində karbohidrat azdır
Molozivo və ya ağız sudu – qatı, yüksək kalorili , yapışqana bənzər sarı rəngli mayedir ki , yetişmiş ana südündən fərqli olaraq immunoglobulinlərlə zəngindir ki, bu da uşağı infeksiyalardan qoruyur.
Ədəbiyyat: N.Tağıyev Neontologiya Bakı 2007 səh 33
417) Təbii qidalanan 6 aylıq uşaq doymursa ana südünü əvəzedici nə vermək olar?
A) Sadə qarışıqlar verilir
B) Çay,su
C) 5% qlükoza məhlulu
D) Yalnız ana südü verilir
E) Adaptaolunmuş qarışıqlar
6 ayadək uşaqların yedizdirilməsində ana südü əsas rol oynayır. Əgər anada hipoqalaktiya (anaın südünün çatışmazlığı) muşahidə olunarsa, tərkibinə görə ana südünə yaxın adaptaolunmuş qarışıqlar verilir.
Ədəbiyyat: N.Tağıyev Neontologiya Bakı 2007 səh 33
418) Südəmər uşaq necə qidalanmalıdır?
A) 2 saatdan bir
B) 3 saatdan bir
C) 4 saatdan bir
D) Uşaq tələbatına görə, sərbəst qidalanır
E) 6 saatdan bir
Sudəmər uşag təbii bəslənərkən sərbəst qidalandırılmalıdır , yəni uşaq tələbatına görə qida almalıdr. Bu da prolaktin hormonunun ifrazını stimulə edir və sud ifrazı çoxalır
Ədəbiyyat: N.Tağıyev Neontologiya Bakı 2007 səh 34
419) Uşaq nə vaxta qədər ana südü ilə qidalanmalıdır?
A) 6 ayadək
B) 3 ayadək
C) 1 yaşınadək
D) 1,5-2 yaşınadək
E) 9 ayadək
Ana südü uşağın bir yaşına kimi verilməlidir. 6 aya qədər uşaq yalnız ana südü ilə qidalanmalıdır.6 aydan sonra uşaq ana südü ilə yanaşı əlavə qida almalıdır.Hal-hazırda uşağı 2 yaşa qədər əmizdirmək məsləhət görülür.
Ədəbiyyat: N. Tağıyev Neonatologiya Bakı 2007 səh 13
Dostları ilə paylaş: |