Feldşer İxtİsası üzrə test tapşırıqları nümunələrİ


) Cansız vaksinlərin əksəriyyəti hansı üsulla orqanizmə yeridilir?



Yüklə 261,37 Kb.
səhifə104/248
tarix02.07.2022
ölçüsü261,37 Kb.
#62598
1   ...   100   101   102   103   104   105   106   107   ...   248
Umumi test suallari

404) Cansız vaksinlərin əksəriyyəti hansı üsulla orqanizmə yeridilir?

A) Per oral (ağızdan)


B) Dərialtı
C) Vena daxilinə
D) Dəri içi
E) Əzələ daxili
Cansız vaksinlər təhlükəsizlik qaydalarına riayət etməklə əzələ daxili yeridilir.

Ədəbiyyat: “Təcrübədə immunlaşdırma” Bakı, 2010 Modul (Metodik göstərişlər) səh7-8




405) Cansız vaksinlərin yeridilməsindən sonra daha çox hansı reaksiyalar müşahidə olunur?

A) 2 gün ərzində hərarət yüksəlir, vaksinin yerində ağrı və şişkinlik ola bilər


B) Ürəkbulanma, qusma
C) 3 gündən sonra hərarət yüksəlir
D) Diareya
E) İnyeksiya yerində abses
Adətən cansız vaksinlər yeridildikdən sonra yüngül postvaksinal reaksiya müşahidə olunur: 2 gün ərzində hərarət yüksəlir. Vaksinin yerində ağrı və şişkinlik ola bilər.

Ədəbiyyat: “Təcrübədə immunlaşdırma” Bakı, 2010 Modul 2 (Metodik göstərişlər)səh8-9




406) Zimnitski sınağı qiymətləndirilən zaman əsas diaqnostik amil hansıdır?

A) Sidikdə zülalın miqdarı


B) Sidiyin xüsusi çəkisi
C) Sidikdə şəkərin miqdarı
D) Sidik çöküntüsü
E) Sidikdə formalı elementlər
Zimnitski sınağı ücün hər 3 saatdan bir sidik toplanır və 8 hissə sidiyin xüsusi çəkisi yoxlanılır.

Ədəbiyyat: A.A. Əyyubova. “Uşaq xəstəlikləri .” Bakı.2008 səh 267




407) Qlomerulonefrit patologiyası zamanı duzsuz pəhriz təyin etmənin səbəbi nədir?

A) Kalium duzları ürəyə təsir edir


B) Natrium duzları mayeni toxumalarda saxlayır
C) Maqnezium duzları sinir sistemini tənzimləyir
D) Kalsium duzları osteopoezdə iştirak edir
E) Selenium azad radikalları çıxarır
Duzlu qida gəbul edərkən natrium duzları suyu toxumalarda saxlayır.Qlomerulonefrit zamanı bu duz arterial təzyiqin yüksəlməsinə,ödemin artmasına və eklampsiyaya gətirib cıxara bilər.

Ədəbiyyat: A.A. Əyyubova. “Uşaq xəstəlikləri .” Bakı.2008 səh 268





Yüklə 261,37 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   248




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin