Bölmə 5 İlk yardım
862) İrinli yaraların müalicəsində enzimoterapiya nə ilə aparılır?
A) Fermentlərlə
B) Məlhəmlərlə
C) Zərdablarla
D) Antibiotiklərlə
E) Qan preparatları ilə
İrinli yaralar gec sağaldıqda yara cərrahi işləndikdən sonra sağalma prosesini tezləşdirmək məqsədil fermentlərdən tripsin,ximotripsin,streptaza və.s işlədili
Ədəbiyyat:H.Sultanov. Cərrahiyyə Bakı 1997.səh(130)
863) Nəcisdə al qırmızı qanın olması hansı orqanın xəstəliyinə şübhə yaradır?
A) 12 barmaq bağırsağın
B) Ağciyərlərin
C) Düz bağırsağın
D) Mədənin
E) Qaraciyərin
Düz bağırsaqda və anus ətrafında venaların varikoz genişlənməsi babasil adlanır.Defekasiya aktından sonra babasil xəstəliyində qanaxma müşahidə edilirki,bu da al qırmızı rəngdə nəcisdə aydın görünür.
Ədəbiyyat:H.Sultanov.Cərrahiyyə Bakı 1997.Səh(226)
864) Anadangəlmə çıxıqlar hansı oynaqda daha çox rast gəlinir?
A) Bud çanaq oynağında
B) Diz oynağında
C) Bazu oynağında
D) Dirsək oynağında
E) Aşıq daban oynağında
Anadangəlmə çıxıqlar adətən qız uşaqlarında bud çanaq oynağında tez-tez rast gəlinir.Bu oynaq səthlərinin,bağların uşaq ana bətnində olarkən zəif inkişaf etməsi ilə əlaqələndirilir.Rentgen müayinəsindən sonra diaqnoz dəqiqləşdirilir.Müalicəsi cərrahi və ortopetik yolladır.
Ədəbiyyat: H.Sultanov.Cərrahiyyə Bakı 1997.Səh(103)
865) Diz oynağının zədələnmələrində və xəstəliklərində diz oynağına sarğı qoyarkən diz oynağı neçə dərəcəli bucaq altında olmalıdır?
A) 180°
B) 5°
C) 45°
D) 90°
E) 130°
Diz oynağının zədələnmələrində və xəstəliklərində oynağa 130 dərəcə bucaq verilərək yaxınlaşan və uzaqlaşan tısbağavari formalı sarğı qoyulur.
Ədəbiyyat: H.Sultanov.Cərrahiyyə Bakı 1997.Səh(95)
Dostları ilə paylaş: |