216) Qidada yod çatmamazlığı hansı xəstəliyin əmələ gəlməsinə səbəb olur?
A) Şəkərli diabet
B) Piylənmə
C) Diffuz toksiki ur
D) Kəskin qastrit
E) Endemik ur
Endemik ur zamanı qalxanabənzər vəzinin ölçüləri böyüyür, buna səbəb istifadə olunan suda və qidada yodun çatmamazlığıdır.
Ədəbiyyat : В.М.Боголюбов. Внутренние болезни. Стр.424 Москва. «Медицина» 1983.
217) Kliniki ölümün əsas əlamətlərinə aiddir?
A) Huşun itməsi, bəbəklərin genişlənməsi,iri arteriyalarda nəbzin itməsi
B) Tənəffüsün dayanması, genəlmiş bəbəklərin işığa reaksiyasının olmaması
C) Sapvari nəbz, bəbəklərin genişlənməsi, sianoz
D) Huşun itməsi, yuxu arteriyasında nəbzin itməsi
E) Huşun itməsi, sianoz, bəbəklərin genişlənməsi
Kliniki ölüm ürək və tənəffüs dayandıqdan sonra bir neçə(3-6) dəqiqə davam edən haldır, xəstədə heç bir zahiri həyat əlamətləri olmur, lakin bu müddət ərzində toxumalarda, əsasən də beyin hüceyrələrində hələ geridönməz dəyişikliklər əmələ gəlmir, odur ki, bu müddət ərzində xəstəni həyata qaytarmaq mümükün ola bilir.
Ədəbiyyat : C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq. Səh.242. “ Təhsil” Bakı 1998
218) Anafilaktik şokun əsas əlamətləri hansıdır?
A) Tənginəfəslik, paslı bəlğəmli öskürək
B) Mədə qıcqırması, gəyirmə
C) Ödem, hipotoniya, sianoz
D) İstilik hissi, arterial təzyiqin enməsi,huşun itməsi
E) Bel nahiyəsində ağrı, ödem, hipertoniya
Anafilaktik şok kəskin allergiyanın ən ağır təzahürlərindən biri olmaqla,həyat üçün təhlükə yaradan haldır. Anafilaktik şokun yuxarıda göstərilən ilk simptomları aşkar edilən kimi, dərhal və təcili həkim çağırılmalıdır.
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 504. “ Çıraq” 2008.
219) Sutka ərzində 1 l-ə qədər bəlğəm ifrazı hansı xəstəlikdə rast gəlinir?
A) Ağciyər absesi
B) Ocaqlı pnevmaniya
C) Bronxial astma
D) Bronxit
E) Ağciyər xərçəngi
Ağciyər absesinin gedişində 3 faza ayırd edilir: infiltrasiya, irinliyin açılması (bronx mənfəzinə), nəticə. Irinli bronx mənfəzinə açıldıqda ifraz olunan bəlğəmin miqdarı kəskin artır (500-1000 ml).
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни».Москва«Медицина» 1983.Стр .226-231
Dostları ilə paylaş: |