241) İnyeksiya (dərialtı, əzələdaxili) yerində infiltrat əmələ gələrsə nə etmək vacibdir? A) Buz qovuğu
B) İnyeksiya yerindən aşağıda turna qoymaq
C) Yerli isidici kompress
D) İnyeksiya yerindən yuxarıda turna qoymaq
E) Aseptik sarğı
İnfiltrat zamanı inyeksiya nahiyəsində ağrılı,bərk törəmə əllənir, bu yeridilən dərmanın yaxşı
sorulmaması nəticəsində baş verir. İnfiltrat zamanı müalicəyə tez başladıqda müsbət nəticə alınır.
Əsas müalicə infiltratın sorulmasını sürətləndirən isidici proseduralar – yerli isidici
kompreslər,ultrabənövşəyi şüalarla şüalanma, ultrayüksək cərəyanın tətbiqi olmalıdır.
Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 160. “ Təhsil” Bakı 1998
242) Yağlı steril məhlulları hansı üsulla yeritmək olmaz? A) Dərialtı
B) Əzələdaxili
C) Düzbağırsağa
D) Venadaxili
E) Bütün cavablar düzdür
Yağlı məhlulları ( məs. kamfora ) səhvən venaya yeridilməsi zamanı ağciyər damarlarında yağ
emboliyası baş verə bilər.Bu zaman xəstədə ürək nahiyəsində qəflətən ağrı, boğulma,öskürək, döş
qəfəsinin yuxarı hissəsində dərinin göyərməsi baş verir.
Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 162. “ Təhsil” Bakı 1998
243) Dərman maddələrinin parenteral yeridilməsinə aiddir: A) Düz bağırsağa
B) Uşaqlıq yolu ilə
C) Dilaltı
D) Tənəffüs yolları ilə
E) Əzələdaxili, venadaxili
Parenteral ,yəni həzm traktından kənar yolla dərmanlar inyeksiya yolu ilə yeridilir. Yuxarıda
sadalananlardan əzələdaxili və venadaxilinə dərmanların yeridilməsi inyeksiya yolu iə baş
verdiyindən bunlar parenteral yeridilmə sayılır.
Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 137. “ Təhsil” Bakı 1998
244) Havanın damar mənfəzinə keçməsi hansı ağırlaşmaya səbəb olur? A) Nekroz
B) İnfiltrat
C) Tromboflebit
D) Hava emboliyası
E) Ödem
Şpris, yaxud qanköçürmə sistemindən havanın qan damarlarına keçməsi nəticəsində hava
emboliyası baş verir, bu da xəstənin qəfləti ölümünə səbəb olur.
Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 162. “ Təhsil” Bakı 1998