249) Təmizləyici imalə qoyulan zaman ucluq hansı dərinliyə yeridilməlidir (sm-lə)? A) 20
B) 10-12
C) 40
D) 30
E) 2-4
Təmizləyici imalə zamanı ucluğa vazelin sürt2üb,onu bura-bura ehmalca xəstənin anusuna
yeridirlər. Əvvəllcə ucluğu 3-4 sm göbəyə tərəf, sonra isə 5-8 sm büzdümə parallel yeridirlər, yəni
ucluq cəmi 10-12 sm bağırsqğq yeridilir.
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” . Səh. 41. “Çıraq “ 2008
250) Təmizləyici imalə qoyulan zaman xəstə hansı vəziyyətdə olmalıdır? A) Dizləri və dirsəkələri yerə dayanmış vəziyyətdə
B) Sağ tərəfi üstə
C) Sol tərəfi üstə
D) Arxası üstə
E) Qarnı üstə
Təmizləyici imalə aparmaq üçün xəstəni sol böyrü üstə kuşetkaya və ya çarpayıyının kənarına yaxın
uzadırlar, o ayaqlqrını qarnına sıxıb dizdən qatlayır.
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” . Səh. 41.“Çıraq “ 2008
251) Ağır xəstənin dərisini hər gün hansı məhlulla silmək lazımdır? A) 10%-lı kamfora spirti ilə
B) 10%-lı kalium permanqanatla
C) 960-li etil spirti ilə
D) 10%-lı naşatır spirti ilə
E) 0,02%-lı furasillin məhlulu ilə
Ağır xəstələr uzun müddət yataqda qaldıqda onlarda yataq yaraları əmələ gələ bilər. Bunun qarşısını
almaq üçün tibb bacısı belə xəstələrin dərisini hər gün 10%-li kamfora spirtində isladılmış tamponla
silməli və sildiyi nahiyələri həmin tamponla da yüngül masaj etməlidir
Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 63. “ Təhsil” Bakı 1998
252) Ağciyərlərin irinli xəstəliklərinin müalicəsində əsasən hansı qrup dərmanlara üstünlük verilir? A) Vitaminlər
B) Xolinolitiklər
C) Ağrıkəsicilər
D) Bronxolitiklər
E) Antibiotiklər
Bütün irinli proseslərdə olduğu kimi ağciyərlərin irinli xəstəliklərində də kompleks terapiyanın
önündə antibiotiklərə üstünlük verilir (böyük dozalarda). Bu ilk növbədə əsasən irinləməyə səbəb
olan mikrofloraya təsir edir.
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр226-231