Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Kəskin damar çatışmazlığı olan xəstə xərəkdə hansı vəziyyətdə nəql edilməlidir?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə24/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   20   21   22   23   24   25   26   27   ...   252
92) Kəskin damar çatışmazlığı olan xəstə xərəkdə hansı vəziyyətdə nəql edilməlidir?


A) İstənilən vəziyyətdə 
B) Sağ böyrü üstə 
C) Başın səviyyəsi aşağı vəziyyətdə 
D) Oturaq vəziyyətdə 
E) Yarımoturaq vəziyyətdə 
Kəskin damar çatışmazlığı zamanı beyinə gedən qanın miqdarı kəskin azaldığı üçün xəstədə 
bayılma, kollaps baş verir.Ona görə də beyinə gedən qanın həcmini artırmaq üçün xəstəni xərəkdə, 
başı aşağı vəziyyətdə nəql edirlər. 
Ədəbiyyat : C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq .Səh. 43. “ Təhsil ” Bakı 1998. 
93) Hipertonik krizin başlıca əlamətləri hansılardır?
A) Baş ağrısı, qusma, arterial təzyiqin qalxması 
B) Arterial təzyiqin enməsi, baş ağrısı 
C) Ürəkbulanma, qusma, qarında ağrılar 
D) Ürəkbulanma, döş sümüyü arxasında ağrı 
E) Arterial təzyiqin enməsi, qusma 
Hipertonik kriz hipertoniya xəstəliyi zamanı arterial təzyiqin kəskin qalxmasıdır. Yüksək arterial 
təzyiq baş ağrısına, qusmaya səbəb olur. 
Ədəbiyyat: В.М.Богомобов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр. 303 
94) Hansı növ qanaxmalarda köpüklü qan müşahidə edilir?
A) Düz bağırsaq qanaxması 
B) Burun qanaxması 
C) Uşaqlıq qanaxması 
D) Ağciyər qanaxması 
E) Mədə qanaxması 
Ağciyər qanaxması zamanı al-qırmızı köpüklü qan müşahidə edilir. Qanın tərkibindəki hava onun 
köpüklü olmasına səbəb olur. 
Ədəbiyyat: Е.И.Цазов. «Неотлож состояние экстренная помощъ». Москва «Медицина» 1990. 
Стр. 209 
95) Xəstəlik tarixçəsində olan temperatur vərəqində aşağıda göstərilənlərdən hansıları qeyd 
olunmalıdır?
A) Nəbz və tənəffüsün sayı 
B) Hamısı 
C) Arterial təzyiq 
D) Diurezin miqdarı 
E) Xəstənin hərarətinin dəyişməsi 
Xəstəlik tarixçəsi tibb bacısının postunda saxlanılır, onu xəstəyə vermək olmaz. Tibb bacısı 
xəstənin hərarətinin dəyişməsini, nəbz və tənəffüsün sayını, arterial təzyiqi, diurezin miqdarını 
qrafik şəkildə xəstəlik tarixçəsində olan temperatur vərəqində qeyd edir. 
Ədəbiyyat : C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq . Səh. 52 . “ Təhsil ” Bakı 1998. 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin