200) Xolesistoqrafiya hansı orqanın rentgenoloji müayinə metodudur?
A) Ağ ciyərlərin
B) Mədənin
C) Öd kisəsinin
D) Süd vəzisinin
E) Qara ciyərin
Xolesistoqrafiya öddaşı xəstəliyində və xroniki xolesistitlərdə öd kisəsinin rentgenoloji
tədqiqidir.Xole-latinca öd,sistum-kisə,qrafika-şəkil deməkdir.
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.501 “ Çıraq “ 2008
201) Uroqrafiya hansı orqanın rentgenoloji müayinə metodudur?
A) Sidik sisteminin
B) Süd vəzisinin
C) Öd kisəsinin
D) Ağ ciyərlərin
E) Qara ciyərin
Uroqrafiya sidik siseminin rentgenoloji tədqiqidir. Bu zaman kontrast maddə mexaniki üsulla-uretra
vasitəsilə retroqrad üsulla sidik kisəsinə və ya xüsusi sidik axarı kateteri vasitəsilə böyrək
ləyənciyinə daxil edilir. Uro-lat.sidik,qrafika-şəkil.
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.499 “Çıraq “ 2008
202) Qəbul şöbəsində sanitar işləmə zamanı xəstə qəflətən huşunu itirdikdə tibb bacısının