Sosial sferanın spesifikliyi. Cəmiyyətin sosial strukturu. Sinif, sosial təbəqə anlayışları. Sosial strukturda sinfin rolunu şişirdən marksist təlimin əsassızlığı. Müasir cəmiyyətin sosial strukturunda sinfin yeri. Sosial stratifikasiya təlimi. Sosial strukturda sosial-ərazi birliklərinin yeri. Müasir urbanizasiya və ruralizasiya prosesləri və cəmiyyətin sosial-ərazi strukturunda dəyişikliklər. İnsanların sosial-tarixi birlik formaları. Qəbilə, tayfa, xalq və millət. Millətin mahiyyəti və səciyyəvi əlamətləri. Müasir dünyada gedən milli proseslər. Azərbaycan xalqının milli mənlik şüurunun formalaşması və inkişafı. Milli mənlik şüuru və millətçilik. Cəmiyyətin sosial strukturunda ailənin yeri. Ailənin tarixi inkişafı. Ailənin müasir cəmiyyətdə funksiyaları. Ailə, nigah və sevgi münasibətləri
Cəmiyyətin siyasi sferası anlayışı. Siyasətin ictimai həyatın digər sferalarına nüfuz etməsi. Siyasi sistemdə dövlətin yeri və rolu, dövlətin tarixi tipləri. Dövlətin əlamətləri, funksiyaları və idarəetmə formaları
Hüquq anlayışı. Hüquq və sosial ədalət prinsiplərinin qorunması. Vətəndaşların hüquqları, vəzifələri və məsuliyyətinin qarşılıqlı əlaqəsi. Hüquqi dövlət. Demokratizm, qanunun aliliyi və şəxsiyyət azadlığı hüquqi dövlətin əsasıdır
Siyasi hakimiyyət anlayışı. Hakimiyyətin bölünməsi ideyası və onun müasir cəmiyyətdə həyata keçirilməsi. Qanunverici, icra və məhkəmə hakimiyyəti formalarının vəhdəti. Müasir cəmiyyətin artmaqda olan siyasiləşməsi meyli. Kütlələrin siyasi həyatda iştirakının forma və vasitələrinin təkmilləşməsi. Siyasi partiyalar, ictimai-siyasi hərəkatlar və təşkilatlar. Onların demokratikləşmə prosesində iştirakı və rolu. Demokratiya və şəxsiyyətin azadlıq və ləyaqətinin qorunması
Siyasi aksiologiya. Siyasi fəaliyyətdə mənəvi-əxlaqi və ümumbəşəri normalara riayət etməyin zəruriliyi
Müasir Azərbaycan cəmiyyətinin siyasi sisteminin təkmilləşməsinin əsas istiqamətləri
Cəmiyyətin mənəvi həyatı.Mənəvi fəaliyyət cəmiyyətin ayrılmaz tərəfidir. İnsanların mənəvi dəyərləri yaratması və onları mənimsəməsi. İnsanlar arasında mənəvi münasibətlər və mənəvi ünsiyyət. Mənəvi tələbatlar mənəvi fəaliyyətin əsasıdır. Mənəvi tələbatların məzmunca obyektivliyi və zəruriliyi. Mənəvi istehlak və onun səviyyələri. Mənəvi münasibətlər intellektin və hisslərin mənəvi dəyərlərə münasibətidir. Mənəvi istehsalın, tələbatın, istehlakın və ünsiyyətin qarşılıqlı əlaqəsi.
“Mənəvi həyat” və “ictimai şüur” anlayışları. İctimai varlıq və ictimai şüurun nisbəti sosial fəlsəfənin başlıca məsələsidir. İctimai varlıq cəmiyyətin maddi həyat şəraiti, insanların təbiətə münasibəti və insanların bir-birinə olan maddi münasibətlərinin sistemli məcmusudur. Cəmiyyətin mənəvi həyatında ictimai şüurun mərkəzi yeri. İctimai şüurun sosial təbiəti. İctimai şüur ilə fərdi şüurun qarşılıqlı vəhdəti və bir-birini zənginləşdirməsi. İctimai şüurun nisbi müstəqilliyi. İctimai şüurun inkişafında varislik, İctimai şüurun əsas struktur bölgüləri: adi şüur və nəzəri şüur, ictimai psixologiya və ideologiya, ictimai və fərdi şüur. İctimai şüurun formaları. Kütləvi şüur və ictimai rəy
Adi şüurda sosial hadisələr və proseslərin inikasının sistemsizliyi. Nəzəri şüurun məntiqi sistemliliyi və elmi əsaslılığı. Nəzəri şüurun subyekti. Nəzəri və adi şüurun əlaqəliliyi. İctimai psixologiya insanların öz həyatına və ictimai varlığına emosional və qismən də intellektual münasibətidir. İctimai psixologiyanın məzmununda gerçəkliyin inam, əqidə, əhval-ruhiyyə və sosial qaydalar formasında əks olunması. İctimai psixologiyanın qiymətləndirici və fəaliyyətə sövqedici funksiyaları. Praktiki fəaliyyətdə və idarəetmədə ictimai psixologiyanı nəzərə almağın zəruriliyi. İctimai psixologiyanın adi şüur ilə münasibəti. İdeologiya böyük insan qruplarının və milli birliklərin əsas mənafeləri və tələbatının nəzəri səviyyədə ifadəsidir. İdeologiyanın nəzəri konseptual xarakteri. İdeologiya və elm. İdeologiyanın sosial-sinfi mahiyyəti. İdeologiyada milli ilə ümumbəşəri mənafelərin əlaqələndirilməsi. Azərbaycan cəmiyyətində vahid milli ideologiya - azərbaycançılıq ideologiyası
İctimai şüuru formalarının inikas predmetinə görə, inikas formalarına, onların sosial funksiyalarına görə fərqləndirilməsi meyarları. İctimai şüurun əsas formaları. Siyasi və hüquqi şüur. Onların mahiyyəti və cəmiyyətdə rolu. Əxlaqi şüur şəxsiyyətlərarası münasibətlərin könüllü tənzimləyicisidir. Əsas əxlaqi kateqoriyalar və normalar. Estetik şüurun mahiyyəti və ifadə formaları. İncəsənətdə gerçəkliyin obrazlı inikası. İncəsənətin funksiyaları və ictimai həyatda yeri. İncəsənətdə milli və ümumbəşəri
Dini şüurun spesifikliyi. Dini şüurun struktur bölgüləri. İslam dininin tarixi mövqeyi