Doktorant və magistrlər nəyi öyrənməlidirlər: 1. Doktorant və magistrlər fəlsəfənin əsas məqsədini, mahiyyəti, fəlsəfi anlayışları, o cümlədən fəlsəfənin qanun və kateqoriyalarını, onların praktiki fəaliyyətdə əhəmiyyətini bilməlidirlər;
2. Doktorant və magistrlər fəlsəfə tarixini öyrənməklə bu və ya digər ölkənin, xalqın fəlsəfi fikir tarixindəki rolunu, yerini, eyni zamanda onların yaratdıqları mənəvi dəyərləri bilməlidir;
3.Sosial fəlsəfənin (cəmiyyət fəlsəfəsinin), özünəməxsusluğu və dialektikanın prinsiplərinin cəmiyyət həyatına tətbiqini, o cümlədən tarixi prosesin demokratikləşməsi problemlərini bilməlidirlər;
4.XX əsrin və müasir dövrün əsas fəlsəfi cərəyanları ilə tanış olmalıdır;
5.Müasir təbabətin sosial və fəlsəfi problemlərini dərindən dərk etməlidirlər
6.Müasir dövrdə dünyanı təhdid edən qlobal problemləri bilməlidir.
Doktorant və magistrlər nəyə yiyələnməlidirlər: 1. Doktorant və magistrlər fəlsəfi qanunları, kateqoriyalar, prinsipləri öyrənməklə elmi-nəzəri dünyagörüşünə, cəmiyyətdə əsl vətəndaş, mütəxəssis mövqeyinə yiyələnmiş olurlar;
2.Nəzəriyyənin praktika ilə əlaqəsi, nəzəri müddəaların praktikada yoxlanılması, əməli təcrübəni ümumiləşdirmək qabiliyyətinə yiyələnirlər, bunun sayəsində mütəxəssislər fikir durğunluğuna, zehni mühafizəkarlığa, ehkamçılıq və əzbərçiliyə qarşı barışmazlıq qabiliyyətinə yiyələnirlər.
3.Fəlsəfi müdrikliyə yiyələnməklə rasional düşünmək sənəti ilə mənlik şüurunu zənginləşdirdiklərini bilməlidir. Müdrik həkim xəstə insanı yalnız əzab-əziyyətdən xilas etmir, həm də insanı bir hadisə kimi xəstəliyə tab gətirməyi, ona qarşı iradə nümayiş etdirməyin səmərəsini öyrədir. Məhz müasir tələbə-həkimlər bu müdrik prinsipə yiyələnərək ona sadiq qalmağı öyrənirlər.
FƏLSƏFƏ fənni üzrə proqram I Fəlsəfənin predmeti və biliklər sistemində onun yeri Fəlsəfə - biliyin və mənəvi mədəniyyətin ən qədim sahələrindən biridir və onu öyrənməyin əhəmiyyəti. Fəlsəfə “fikirlərdə əhatə olunan dövrdür” (Hegel). Fəlsəfi paradiqma anlayışı. Paradiqma – müxtəlif tarixi dövrlərdə insanın düyaya münasibətinin, dünyaya baxışının inkişaf səviyyəsini, insan idrakının nailiyyətlərinin göstəricisidir. O, müəyyən zaman ərzində problemlərin qoyulması və onların həllini verən modeldir, qəbul edilən ideya, qayda və standartlardır (T.Kun)
Fəlsəfə - dünyagörüşünün nəzəri əsasıdır. Dünyagörüşü anlayışı, onun məzmunu və əsas səviyyələri: ilkin elementar səviyyə, konseptual - səviyyə, metodoloji səviyyə; dünyaduyumu, dünya qavramı və dünyaanlamı. Fəlsəfi dünyagörüşünün səciyyəvi cəhətləri
Dünyagörüşünün tarixi formaları: mifologiya, din, fəlsəfə, elm. Miflər ilk dünyagörüşü formasıdır. Dini dünyagörüşünün əsas cəhətləri. Dinin mənəvi mədəniyyətin tərkib hissəsi kimi fəaliyyəti və inkişafı. Din ilə fəlsəfənin oxşar və fərqli cəhətləri
Fəlsəfənin əhatə etdiyi problemlər. “Dünya-insan” münasibətləri sisteminin ən ümumi tərəfləri, varlığın və idrakın ümumi prinsipləri və qanunauyğunluqları fəlsəfənin əsas predmetidir
Fəlsəfi biliklərin ümumbəşəri mədəniyyət sistemində yeri. Fəlsəfi cərəyanların müxtəlifliyi. Materializm cərəyanları: sadəlövh materializm, mexaniki-metafizik materializm, qeyri-ardıcıl materializm, elmi və vulqar materializm. İdealizm fəlsəfi cərəyanları: obyektiv idealizm, subyektiv idealizm, solipsizm. Fəlsəfədə monizm və dualizm. Fəlsəfədə dialektik və metafizik metodlar
Fəlsəfənin funksiyaları: humanist, sosial-aksioloji, inikas-informasiya, tərbiyəedici, evristik, eksplikasiya, əlaqələndirici, inteqrativ və məntiqi-qnoseoloji
Fəlsəfənin təbiətşünaslıq və humanitar elmlərlə qarşılıqlı əlaqəsi. Fəlsəfədə millilik və ümumbəşərilik. Milli fəlsəfə milli özünüdərkin nəzəri əsasıdır. Milli müstəqillik və fəlsəfənin inkişafı üçün yeni şərait. Milli fəlsəfənin ümumdünya fəlsəfi fikri ilə qovuşması. Qərb və Şərq fəlsəfəsinin dialoqu