IV Qnoseologiya İdrak və onun strukturu. Dünyanın dərkolunanlığı problemi: Fəlsəfi optimizm, skeptisizm, aqnostisizm. Aqnostisizmin əsassızlığı. İdrak insanın dünyaya sosial vasitələnmiş, tarixən inkişaf edən münasibətidir. İdrakın subyekti və obyekti. İnsanın nəzəri və praktiki fəaliyyətində idrakın rolu. İdrakın əsas formaları. İdrak və bilik. Bilik və informasiya. Biliyin məzmunu və strukturu.
Hissi idrak və onun formaları. Duyğu, qavrayış və təsəvvürlərin idrak prosesində rolu. Hissi idrakın məhdudluğu və mücərrəd təfəkkürün zəruriliyi.
Məntiqi idrakın əsas formaları. Anlayış, mühakimə və əqli nəticə. Onların idrakda rolu. İdrakın hissi və rasional səviyyələrinin vəhdəti. Sensualizmin (empirizmin) və rasionalizmin birtərəfliliyi. İdrakda izahetmə və anlama prosedurları. Həqiqət nəzəriyyəsi. Həqiqət, yanılma, səhv və yalan. Həqiqətin obyektivliyi. Mütləq və nisbi həqiqətlər, onların qarşılıqlı münasibəti. Həqiqətin konkretliyi. Ehkamçılığın əsassızlığı. Həqiqətin evristik xarakteri. Həqiqətin meyarları. Praktikanın biliyinin həqiqiliyinin əsas meyarı olması. Praktikаnın strukturu və formaları. Biliyin idraki və praktiki tərəfləri. Bilik və dəyər. Klinik təfəkkürün xüsusiyyətləri. Nəzəri və praktiki təbabətin nəzəri aspektləri: “Sağlamlıq” və “Xəstəlik”. “Norma və patologiya”; “Həyat optimumu”
Elmi idrak və onun metodları.Elm idrakın spesifik formasıdır, bilik, fəaliyyət və praktikanın vəhdətidir. Elmi idrakın səciyyəvi cəhətləri. Epistemologiya. Elm obyektiv və ictimai - faydalı biliklər sistemidir. Elmin funksiyaları. Elmi-texniki inqilab anlayışı. Elm - sosial institutdur.
Elmi biliyin strukturu və inkişaf dinamikası. Elmi idrakın empirik, nəzəri səviyyələri. Onların hissi və rasional pillələr ilə münasibəti
Elmi biliyin empirik və nəzəri mərhələlərinin daxili bölgüsü. Elmi biliyin əsasları. Tədqiqatın idealı və normaları. Dünyanın elmi mənzərəsi. Elmin fəlsəfi əsasları. Elmi idrakın əsas forma və vasitələri. Qeyri-elmi idrak, elməqədərki idrak, adi gündəlik və ya həyatı idrak, elmdənkənar (parassiyentik) idrak. İdeya, problem, hipotez, nəzəriyyə. Elmi idrakın məntiqi və metodologiyası. Elmi idrakın metodları anlayışı, onların təsnifatı
Elmi idrakın ümumiməntiqi metodları: analiz, sintez, mücərrədləşdirmə, induksiya, deduksiya, analogiya və modelləşdirmə.
Elmi idrakın empirik tədqiqatlar səviyyəsinə məxsus metodlar: müşahidə, təsvir, ölçmə, müqayisə və eksperiment. Eksperimentlərin növləri. Elmi fakt və idrakda onun rolu
Nəzəri tədqiqatların elmi metodları. Müasir elmdə formallaşdırma və riyazi modelləşdirmənin yeri. Aksiomatik metod, onun inkişaf mərhələləri. Nəzəriyyənin yaradılmasında hipotetik-deduktiv metodun rolu. Mücərrəddən konkretə yüksəlmə elmi idrakın mühüm metodudur. Elmi tədqiqatlarda tarixi ilə məntiqinin vəhdətinin zəruriliyi
Yaradıcılıq və intuisiya. İdrak prosesində rasionalla yanaşı, qeyri-rasionalın iştirakı. Yaradıcılıq anlayışı. Kəşf və ixtira zəkanın yaradıcı fəallığının mühüm formasıdır
Fəlsəfi fikir tarixində yaradıcılığa münasibət. Yaradıcılığın müasir elmi anlamı. Yaradıcılıq insanın öz işinə şəxsiyyətini, ruhunu hopdurmasıdır. Yaradıcılığın növləri: elmi-texniki, bədii, sosial (ideal və maddi). Yaradıcılığın qeyri-adi və sehrli xarakteri
Özünüdərk və özyaradıcılıq şəxsiyyətin yaradıcılığının mühüm istiqamətidir. İntuisiya və itiağıllılıq yaradıcılığın ifadə formalarıdır. İntuisiyanın növləri və yaradıcılıqda rolu. İntuisiyanın baş vermə mexanizminin əsas mərhələləri. İtiağıllılıq və yaradıcılıq. Yaradıcılıq və intuisiyanın idrakda rolu
Elmin etikası. Etik normalar və elmin dəyərləri (normalar). Elmi axtarış azadlığı və alimin sosial məsuliyyəti. Müasir şəraitdə elmin humanistləşməsi problemi. Müasir elmi nailiyyətləri insan və cəmiyyət ölçüsü baxımından qiymətləndirməyin zəruriliyi