FəLSƏFƏ fənni üzrə proqram tibb və tibb təmayüllü ixtisaslı mütəxəssislər üçün



Yüklə 51,19 Kb.
səhifə8/18
tarix01.09.2023
ölçüsü51,19 Kb.
#141244
1   ...   4   5   6   7   8   9   10   11   ...   18
FELSEFE kitab formasi proqram 2020

Fəlsəfədə şüur problemi. Şüur probleminin aktuallığı və mürəkkəbliyi. Fəlsəfədə şüur probleminin qoyuluşu. Şüurun materiya ilə münasibətlərinin tarixi, qnoseoloji, ontoloji və praksioloji səpgiləri
Ruh anlayışı. Ruh və şüur. Ruh və bədən, onların vəhdəti. İnikas və informasiya anlayışları, onların ümumi və fərqli cəhətləri. Materiyanın inkişafının müxtəlif səviyyələrində inikas formalarının keyfiyyətcə dəyişməsi. Hərəkət formalarına görə inikasın formaları. Cansız təbiətdə inikas. İzomorfizm və homomorfizm. İnikasın bioloji forması. İnformasiya, neyrofizioloji və psixiki inikas. Bioloji təkamül prosesində şüurun tarixi formalarının yaranması (qıcıqlanma, hissiyyat, psixika). Psixika - inikasın ən yüksək formasıdır. Sosial inikas. Şüurun sosial şərtlənməsi, onun ictimai münasibətlər sistemindən asılılığı. Şüurun formalaşmasında və inkişafında əməyin, nitqin və dilin rolu
Şüur beynin xassəsidir. “Vulqar materializm”in əsassızlığı. Psixiki fəaliyyətin əsas prinsipləri. Birinci və ikinci siqnal sistemlərinin psixiki fəaliyyətdə rolu. Şüurun fəal və yaradıcı xarakteri. Şüurun funksiyaları (İdraki, proqnostik, məqsədyönlülük, dəyər, kommunikativ, requlyativ, biliyin həqiqiliyinin sübutu)
Şüur mürəkkəb sistemdir. Şüur və təfəkkür. Zəka və dərrakə. Ağıl və müdriklik. Şüur, mənlik şüuru və özünü dərketmə. Mənlik şüurunun formaları. Şüurluluq anlayışı. Şüur və emosiya. Şüur və iradə
Şüur və qeyri-şüuri (təhtəlşüur). Qeyri-şüurinin davranışda rolu. Z.Freydin (1856-1939) psixoanaliz təlimi. Şüurun formalaşmasının mənbələri. Şüur və dilin vəhdəti. Obraz və işarə. İşarə sistemləri. Şüur gerçəkliyin inikasıdır. İdeal anlayışı. İdealın məzmunu və səviyyələri. Fərdləşmiş ideal və ictimai ideal. İdealda qnoseoloji və aksioloji tərəflər. Şüur və kibernetika. Təfəkkür proseslərinin kompüter texnikasının köməyilə formalaşdırılması və modernləşdirilməsi. Cəmiyyətin informatikalaşması və kompüterləşdirilməsi ilə insanın şüurlu fəaliyyətinin münasibəti. İnsan və kompüter sistemlərinin dialoqunun zəruriliyi



Yüklə 51,19 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin