FəLSƏFƏ fənni üzrə proqram tibb və tibb təmayüllü ixtisaslı mütəxəssislər üçün


Materiya anlayışı. Müasir elm materiyanın quruluşu haqqında



Yüklə 51,19 Kb.
səhifə7/18
tarix01.09.2023
ölçüsü51,19 Kb.
#141244
1   2   3   4   5   6   7   8   9   10   ...   18
FELSEFE kitab formasi proqram 2020

Materiya anlayışı. Müasir elm materiyanın quruluşu haqqında. Varlıq və materiya anlayışlarının münasibəti. Fəlsəfədə substansiya anlayışı. Materiyanın elmi-fəlsəfi anlayışının formalaşması. Materiya haqqında təsəvvürlərin təbii-elmi biliklərlə əlaqəsi. Materiyanın tərifləri. Təbiətşünaslıqda inqilab: elektronun, rentgen şüalarının, radioaktivlik hadisəsinin kəşfi və mexanisizmin iflası. Dünyanın elektromaqnit və Kvant mexanikası mənzərəsinin formalaşması. Dünyanın maddi vəhdəti. Materiyanın məhvedilməzliyi. Kainatın “istilik ölümü” nəzəriyyəsinin əsassızlığı. “Böyük partlayış” nəzəriyyəsi
Materiyanın xüsusi halı kimi fiziki vakuum dünya binasının ilkin təməlidir. Materiyanın kosmik səviyyəsi. Müasir elm materiyanın sistemli-struktur təşkili haqqında. Cansız təbiətdə materiyanın əsas struktur səviyyələri. Elementar hissəciklər və onların strukturu haqqında müasir elmi təsəvvürlər
Üzvi aləmdə materiya təşkilinin əsas səviyyələri. Hüceyrəyəqədərki səviyyə. Tək və çoxhüceyrəli orqanizmlər. Orqanizmüstü səviyyə. Biosfer və həyat
Sosial həyatda materiyanın struktur səviyyələri: fərd, ailə, kollektiv, millət, dövlət, partiyalar və bütövlükdə cəmiyyət. Metasosial səviyyənin mümkünlüyü. Materiya haqqında elmi təsəvvürlərin (fiziki, bioloji, astronomik və kosmoloji) təkamülü gedişində yeni-yeni struktur səviyyələrin aşkara çıxarılması imkanları
Hərəkət. Məkan və zaman. Fəlsəfədə hərəkət anlayışı. Hərəkət və sükunət. Hərəkət dəyişilmə və sabitliyin, kəsilməzlik (fasiləlilik) və kəsilənliyin (fasiləsizliyin) vəhdətidir. Materiya ilə hərəkətin ayrılmazlığı. Energetizm təliminin əsassızlığı. Hərəkətin tipləri və formaları. Hərəkət formalarının keyfiyyət özünəməxsusluğu. Mexanisizmin və reduksionizmin tənqidi. Müasir elm və hərəkət formalarının təsnifatında yeniliklər
Məkan və zaman anlayışları. Məkan və zaman materiyanın mövcudluq formaları kimi. Məkan və onun əsas xassələri. Məkanın üçölçülüyü. Zamanın xassələri. Zamanın dönməzliyi. Məkan və zaman sonluluğu və sonsuzluğu problemi. Məkan və zamanın substansional və relyasion konsepsiyaları. Materiya, hərəkət, məkan və zamanın vəhdəti. A.Eynşteynin nisbilik nəzəriyyəsi və məkan – zaman haqqında təsəvvürlərin yeniləşməsi. Cansız təbiətdə məkan və zaman. Üzvi aləmdə məkan və zaman. Sosial həyatda məkan və zamanın polistrukturluğu

Yüklə 51,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin