Doktorant və magistrlər nəyə yiyələnməlidirlər:
1. Doktorant və magistrlər fəlsəfi qanunları, kateqoriyalar, prinsipləri öyrənməklə elmi-nəzəri dünyagörüşünə, cəmiyyətdə əsl vətəndaş, mütəxəssis mövqeyinə yiyələnmiş olurlar;
2.Nəzəriyyənin praktika ilə əlaqəsi, nəzəri müddəaların praktikada yoxlanılması, əməli təcrübəni ümumiləşdirmək qabiliyyətinə yiyələnirlər, bunun sayəsində mütəxəssislər fikir durğunluğuna, zehni mühafizəkarlığa, ehkamçılıq və əzbərçiliyə qarşı barışmazlıq qabiliyyətinə yiyələnirlər.
3.Fəlsəfi müdrikliyə yiyələnməklə rasional düşünmək sənəti ilə mənlik şüurunu zənginləşdirdiklərini bilməlidir. Müdrik həkim xəstə insanı yalnız əzab-əziyyətdən xilas etmir, həm də insanı bir hadisə kimi xəstəliyə tab gətirməyi, ona qarşı iradə nümayiş etdirməyin səmərəsini öyrədir. Məhz müasir tələbə-həkimlər bu müdrik prinsipə yiyələnərək ona sadiq qalmağı öyrənirlər.
Dostları ilə paylaş: |