Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu



Yüklə 0,99 Mb.
səhifə102/187
tarix23.01.2022
ölçüsü0,99 Mb.
#51508
1   ...   98   99   100   101   102   103   104   105   ...   187
fəlsəfə mühazirələr.doc 2

b) S.Kyerkeqor. Danimarka filosofu, protestant teoloq və yazıçı Sören Kyerkeqor (1813-1855) müasir fəlsəfənin görkəmli nümayəndələrindəndir. Onun irəli sürdüyü ideyalar klassik alman fəlsəfəsindən müasir fəlsəfəyə, və yaxud qeyri-klassik fəlsəfəyə keçidi parlaq şəkildə özündə nümayiş etdirir. O əsas fəlsəfi ideyalarını “Ya elə, ya belə”, “Qorxu və titrəmə”, “Həyat yolunun mərhələləri” adlı əsərlərində vermişdir.

S.Kyerkeqorun əsas tənqid obyekti bir zamanlar bütün həmyaşıdları kimi alovlu pərəstişkarı olduğu Hegeldir. O belə hesab edir ki, Hegelen fəlsəfəsi “havada pərvaz edərək” gerçək həyatdan çox uzaq düşmüşdür. S.Kyerkeqora görə ümumi anlayışlar mövcudluğu və yaxud ekzistensiyanı ifadə edə bilməz. Çünki, “mənim məxsusi mövcudluğum” Dekartda olduğu kimi təfəkkürdə deyil, həyatın özündə, hisslərdə və yaşantılardadır. Məhz bu baxımdan o, Hegelin fəlsəfəsindən Əyyuba iman gətirməklə qurtulur.

Kyerkeqor imanın rolunu xüsusi qeyd edir. O hesab edir ki, insan nə qədər az fikirləşərsə bir o qədər çox mövcud olur. İnsan öz mövcudluğu ilə yalnız riskdə, seçim anında görüşür. Əxlaqi vücud olan insan ümumi söhbətlərlə kifayətlənmir, o nə etməli olduğunu konkret bilməlidir. Burada seçim onun konkret mövcudluğunu və fərdiyyətçiliyini müəyyənləşdirməlidir. Zəka insana həyat yolunda üzləşdiyi çətinliklərdən baş çıxarmaq üçün lazımdır. Lakin bəzən belə olur ki, zəka xeyirxah və xilaskardan zülmkara çevrilir. S.Kyerkeqor mücərrəd rasionalist fəlsəfəni yox, ehtiraslı sonsuz şəxsi maraqlı olmağı seçir.

S.Kyerkeqorun idrak metodu “insanın tədqiqi səviyyələridir”. Bu metod estetik, etik və dini olmaqla üç mərhələdən keçir.




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin