Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu



Yüklə 0,99 Mb.
səhifə138/187
tarix23.01.2022
ölçüsü0,99 Mb.
#51508
1   ...   134   135   136   137   138   139   140   141   ...   187
fəlsəfə mühazirələr.doc 2

Rasional idrak. Hissi idrakın yuxarıda haqqında danışdığımız hər üç formasının biliyin əldə edilməsi prosesində rolu böyükdür. Lakin, hissi idrak insanın gerçəkliyi tam və əhatəli dərk etməsi üçün yetərli deyil. İdrakın hissi pilləsi ətraf aləmin müxtəlif predmetləri, hadisə və prosesləri haqqında yalnız zahiri bilik verir. Qarşısına daha ali məqsədlər qoymuş insan isə dünya və onda gedən proseslərə daha dərindən nüfuz etməyə, predmet və hadisələrin mahiyyətini anlamağa çalışır. Bu isə idrakın ikinci, daha ali pilləsi olan mücərrəd təfəkkür pilləsində gerçəkləşir. Burada bir zəruri qeyd edək ki, idrakın bu ali pilləsi həm rasional idrak, həm mücərrəd təfəkkür, həm də məntiqi təfəkkür adlanır. Bəs ümümiyyətlə təfəkkür nədir.

İnsan həmişə nə haqdasa fikirləşir. Psixoloqlar təsdiq edir ki, fikirləşməyən insan mahiyyət etibarilə maksimal zəiflik halında olur, bununla yanaşı, nəyinsə haqqında fikirləşməmək belə, yenə də fikirdir. İdrakın dialektik yolu hissi idrakdan məntiqi təfəkkürə aparır. İnsan yalnəz məntiqi təfəkkür səviyyəsində müxtəlif fikri əməliyyatlar, ümumiləşdirmələr aparır və dünyanı daha dərindən dərk edir. Təfəkkürün hissi idrakdan əsas fərqi ondadır ki, bu pillədə insan dünyanı mücərrədləşdirmələr şəklində, onun ideal obrazını yaratmaqla dərk edir. Mücərrədləşdirmə zamanı insan konkret cisim və hadisələrin fərdi xüsusiyyətlərini bir kənara qoyaraq, əsas diqqəti eyni xassələrə malik olan obyektlərin ümumiləşdirilməsinə, bu obyektlər arasında daha dərin əlaqə və münasibətləri aşkar etməyə yönəldir. Deyilənləri nəzərə alaraq təfəkkürə belə tərif vermək olar: Təfəkkür –insan beynində predmet və hadisələrin əhəmiyyətli xassə və münasibətlərini məqsədyönlü, vasitəli və ümumiləşdirilmiş inikasıdır.

Duyğulardan fikrə keçidin obyektiv əsasını idrak predmetinin daxili və zahiri, mahiyyət və təzahür, təkcə və ümumiyə ayrılaraq ikiləşməsi təşkil edir. Məhz bu səbəbdən elmi, və yaxud fəlsəfi bilik “binasını” təkcə hissi duyğu, təsəvvür və onların kombinasiyalarından “tikmək” olmaz. Bütün hissi qavrayışlar parlaqlıq və həyatiliyə malik olsalar da məzmunca çox kasaddırlar. Deməli hissi idrak predmet və hadisələr arasında daxili, daha əhəmiyyətli əlaqələri açmağa qadir deyil. Bu əlaqələri birbaşa görmək, və yaxud hiss etmək mümkünsüzdür. Onları yalnız və yalnız ictimai praktikaya əsaslanan məniqi, mücərrəd təfəkkür, və yaxud rasional idrak yolu ilə aşkarlamaq olar. Bu isə idrakın keyfiyyətcə yeni və ali mərhələsidir.

Mücərrəd, məntiqi təfəkkür özü də üç əsas formada gerçəkləşir: anlayış, hökm, əqlinəticə.




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin