Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu


İdrakda hissi ilə məntiqinin (rasionalın) vəhdəti



Yüklə 0,99 Mb.
səhifə140/187
tarix23.01.2022
ölçüsü0,99 Mb.
#51508
1   ...   136   137   138   139   140   141   142   143   ...   187
fəlsəfə mühazirələr.doc 2

İdrakda hissi ilə məntiqinin (rasionalın) vəhdəti.

Biz yuxarıda həm hissi, həm də rasional idrak səviyyələrini ayrı-ayrılıqda nəzərdən keçirdik. Lakin, bu iki proses heç də bir-birindən ayrı, müstəqil proseslər deyil. Hissi və rasional idrak vahid bir prosesi ehtiva edir. Onların ümumi əsasını insanların praktikası olan maddi və mənəvi dünyanı əks etdirməsi təşkil edir. Bundan əlavə idrakın hər iki əsas pilləsi vahid fizioloji əsasa –insanın əsəb sisteminə –malikdir.

Aydındır ki, mücərrəd təfəkkür hissi idraksız mümkün deyil. Özünün bütün mümkün ümumiləşdirmə və nəticələrində təfəkkür hiss orqanlarının məlumatlarına əsaslanır. Digər tərəfdən, hissi idrak məntiqi təfəkkürsüz məhsuldar ola bilməz. Duyğular əsasında yaranmış təfəkkür hissi idrakdan daha dərinə enir, onu ümumiləşdirir və biliyin məzmununu daha da genişləndirir.

Bir məqama da diqqət yetirək. Hissi və rasional bir-biri ilə qarşılıqlı əlaqə və vəhdətdə olsa da, müxtəlif filosofların mövqeyindən asılı olaraq onlardan hansısa biri daha da qabardılmış, ona üstünlük verilmişdir. İdrak prosesində hisslərə və onlar vasitələrlə qazanılmış təcrübələrə üstünlük verənlər empirizm tərəfdarı, rasionala üstünlük verənlər isə rasionalizm tərəfdarı adlandırılmışdır. Bu problem xüsusilə Yeni dövr fəlsəfəsində daha da aktuallaşmışdır. Bu dövr filosofları faktiki olaraq iki böyük cəbhəyə empirik və rasionalistlərə ayrılmışlar. F.Bekon, C.Lokk, C.Berkli, D.Yum empirizm, R.Dekart, B.Spinoza, Q.Leybnis rasionalizm tərəfdarı olmuşlar.




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin