Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu



Yüklə 0,99 Mb.
səhifə137/187
tarix23.01.2022
ölçüsü0,99 Mb.
#51508
1   ...   133   134   135   136   137   138   139   140   ...   187
fəlsəfə mühazirələr.doc 2

Hissi idrak. Hissi idrak insanın xarici aləmlə birbaşa qarşılıqlı təsiri nəticəsində gerçəkləşir. Hissi idrakın formaları duyğu, qavrayıştəsəvvürdür. İdrakın bu səvuyyəsində hiss orqanları üçün əlyetərli olan predmet və proseslərin əyani obrazları yaranır. Yuxarıda adları çəkilmiş hissi idrak formalarının hər birini ayrı-ayrılıqda nəzərdən keçirək.

Duyğu –ətraf gerçəkliyin cisim və hadisələrinin ayrı-ayrı xassə və əlamətlərinin idrak subyektinin hiss üzvlərinə təsir edərək beyində əks olunmasıdır. Məsələn, apelsini görüb onu yeyərkən insan narıncı rəng, spesifik qoxu və dadı duyur. Duyğular insana münasibətdə xarici mühitdən gələn və onun hiss orqanlarına təsir göstərən proseslər nəticəsində yaranır.

Duyğuların çoxobrazlığı dünyanın keyfiyyət çoxobrazlığının obyektiv səciyyəsini düzgün əks etdirir. Eyni zamanda duyğular hadisə və proseslərin kəmiyyət səciyyəsi haqqında da zəngin informasiya verir. Duyğular eyni tonlu səslər arasındakı fərqi onların gücünə görə, rənglərin çalarlarını, predmet və proseslərin digər müxtəlifliklərini tam dəqiq əks etdirir. Duyma qabiliyyətinin itməsi son nəticədə şüur pozğunluğuna gətirib çıxarır.

Ətraf dünyanın hər bir predmet və hadisəsi ən müxtəlif xassə və əlamətlərə malikdir. Məsələn, bir parça qənd götürək: o ağdır, bərkdir, şirindir, müəyyən forma, çəki və həcmə malikdir. Bütün bu xassələr bir predmetdə cəmlənib. Biz onları ayrı-ayrılıqda yox, bütövlükdə, vəhdətdə qavrayırıq. Deməli, hər hansı bir obrazın bütövlükdə qavranılmasının obyektiv əsasını predmetin müxtəlif əlamət və xassələrinin çoxobrazlığı və bununla birlikdə vəhdəti təşkil edir. Deyilənlərə ümumiləşdirərək qavrayışa belə tərif vermək olar: Gerçəkliyin obyekt və hadisələrinin hiss üzvlərinə bilavasitə təsir göstərərək beynimizdə onların bütöv obrazını yaratması qavrayış adlanır.

Qavrayışın xarakteri təkcə qavranılan predmetin xassələri ilə deyil, həmçinin bir sıra digər amillərlə, o cümlədən insanın maraq və məqsədi, təcrübəsi, peşəsi, təhsil səviyyəsi və s. müəyyən edilir. Qavrayış sayəsində insan gerçəkliyin bu və ya digər obyektlərinin bütün müxtəlif zahiri xarakteristikalarından onun üçün ən maraqlı olanlarını, bu və ya digər şəraitdə ən çox mühüm olanını ayırd edə bilər. Bu insanın ətraf gerçəklikdən daha yaxşı baş çıxarmasını stimullaşdıra bilər. İnsan müxtəlif xarici təsirlərdən yalnız bəzilərini seçib diqqətini onların üzərinə cəmləşdirərək daha optimal, daha aydın məqsədlə fəaliyyət göstərə bilər.

Duyğu və qavrayış insanın bütün biliklərinin mənbəyi olsa da, dərketmə onlarla məhdudlanmır. Gerçəkliyin hər bir predmeti insanın hiss üzvlərinə hansısa müəyyən zaman müddətində təsir göstərir. Sonra bu təsir kəsilir. Lakin bir zamanlar qavranılan predmetin obrazı izsiz itmir. O yaddaşda həkk olunur və saxlanılır. Duyğu və qavrayış prosesləri beyində müəyyən “iz” buraxırlar. Bu “izin” mahiyyəti hal-hazırda insanın hiss üzvlərinə təsir göstərməyən predmetin obrazını yenidən canlandırmaq qabiliyyətidir. Burada yaddaş xüsusi əhəmiyyət kəsb edir. O, bir birinə qarşılıqlı nüfüz edən keçmişlə indini vahid bütövdə birləşdirir. Əgər insana təsir edən hər hansı predmetin obrazı bu təsir başa çatdıqdan sonra izsiz itsəydi, onda insan eyni bir predmeti hər dəfə yenidən gördükdə tam naməlum kimi qavrayardı. O, bu predmetləri tanımaz və deməli dərk etməzdi. Nəyi isə dərk etmək üçün dərk edilən obyektin indiki halı ilə keçmiş vəziyyətini müqayisə edəcək əqli iş zəruridir. Zahiri təsirlərin qavranılması və müəyyən zaman müddətində yaddaşda saxlanılması nəticəsində də təsəvvür yaranır. Təsəvvür –insanın hiss üzvlərinə əvvələr göstərilən təsir nəticəsində yaranmış obrazların beyində yenidən canlandırılmasıdır.

Duyğu və qavrayış şüurlu inikasın başlanğıcıdır. Yaddaş əldə edilmiş informasiyanı möhkəmlədir və qoruyub saxlayır. Təsəvvürdə isə şüur ilk dəfə olaraq özünün bilavasitə mənbələrindən uzaqlaşır və nisbi müstəqil subyektiv hadisə kimi mövcud olmağa başlayır. Beləliklə insan nisbi azadlıq və yaradıcı birləşdirmə ilə yeni obrazlar yaradır. Təsəvvür qavrayış və nəzəri təfəkkür arasında aralıq həlqədir.




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin