Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu



Yüklə 0,99 Mb.
səhifə117/187
tarix23.01.2022
ölçüsü0,99 Mb.
#51508
1   ...   113   114   115   116   117   118   119   120   ...   187
fəlsəfə mühazirələr.doc 2

3. Psixoanalitik fəlsəfə. Klassik fəlsəfi təlimlər insanı əsasən zəkalı, şüurlu mövcudluq kimi təqdim etmişlər. Bu prinsipə ilk dəfə şübhə ilə yanaşanlar iradəni həyat və dünyanın qeyri-zəkalı başlanğıcı kimi qəbul edən irrasionalistlər olmuşlar. Lakin insanı məntiqli, rasional düşüncəli mövcudluq kimi nəzərdən keçirən yanaşmanı qəti şəkildə inkar edən məhz psixoanalitilər olmuşdur. Psixoanalizə görə insan Homo sapiens (zəkalı insan) olmaqdan daha çox Homo naturalis, yəni təbii insandır. Psixoanalizin banisi avstriyalı alim və həkim Ziqmund Freyd (1856-1939) olmuşdur.

Z.Freyd özü psixoanalizi fəlsəfə yox, ciddi elm hesab etsə də, sonradan onun “ciddiliyi” şübhə altına alınmışdır. Bununla belə Freydin yaratdığı psixoanalitik təlimin bütövlükdə mədəniyyətə təsiri o qədər böyük olmuşdur ki, bu yeni fəlsəfənin, insan təbiətinə yeni baxışların formalaşmasına gətirmişdir.

Psixoanalitik fəlsəfə öz inkişafında iki mərhələdən keçmişdir. Birinci mərhələ məhz Freydin təklif etdiyi ideyaları əhatə edib freydizm, ikinci mərhələ isə onun bəzi ideyalarını qəbul etməyən, lakin ümumilikdə freydizmi daha da inkişaf etdirən tələbə və ardıcıllarının yaratdığı təlim olub neofreydizm adlanır.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin