Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu


a) Freydizm. Z.Freydin şüursuzluq konsepsiyası



Yüklə 0,99 Mb.
səhifə118/187
tarix23.01.2022
ölçüsü0,99 Mb.
#51508
1   ...   114   115   116   117   118   119   120   121   ...   187
fəlsəfə mühazirələr.doc 2

a) Freydizm. Z.Freydin şüursuzluq konsepsiyası. Freyd öz fəaliyyətinə həkim-fizioloq kimi başlamış, sonradan psixatriya ilə maraqlanmışdır. O ilk əvvəl öz pasiyentlərini elektroterapiya, hipnoz vasitəsilə müalicə edir. Lakin o, müşahidə edir ki, xəstələrinin vəziyyəti öz yaşantıları, həyəcanları haqqında danışdıqdan sonra bir qayda olaraq yüngülləşir. Tədricən psixoanalitik müalicənin metodu da müəyyənləşir: pasiyent həkimə onu narahat edən problemlərdən danışır. Bu metod “azad asossasiyalar metodu” adını almışdır: “Pasiyentə kresloda rahat əyləşməyi, ağlına gələn hər şeyi, bu gündəlik standartlar baxımından nə qədər cəfəng, absurd görsənsə belə danışmaq təklif edilir”. Həkim “azad asossiasiyanı” deşifrə edir, yuxuları yozur, pasiyentin yanlış hərəkətlərini və adətən heç kimin fikir vermədiyi “həyat xırdalıqlarını” öyrənir. Bütün bunları təhlil edən həkim əsəb pozğunluqlarının gerçək səbəbləri haqqında nəticə çıxara bilir. Bəs pasiyentlər nə üçün bu səbəbləri görə bilmir?

Freyd bu fikrə gəlir ki, insan psixikası təkcə şüurdan ibarət deyil. Ona görə psixika şüurlu və şüursuz (təhtəlşüur və ya altşüur) olaraq iki sferadan ibarətdir. Lakin şəxsiyyətin strukturunda bu sferaların əhəmiyyəti eyni deyil. Insan psixikasının mahiyyəti, onun mərkəzi komponenti məhz şüursuzluqdur. Şüur isə şüursuzluq üzərində yüksələn üstqurumdur. Freyd bu ideyasını obrazlı şəkildə belə illüstrasiya edir: insan psixikası güclü və harın ata malik olan atlıya bənzəyir. Atlı insan bizim şüurumuz, at isə təhtəlşüurumuzdur. Onların gücü müqayisəolunmaz dərəcədə qeyri-bərabərdir. Lakin adi halda atlı öz atını mahmız, yüyən və qırmancın köməyi ilə idarə edir. Bəzən belə olur ki, at idarə olunmur.

Freydə görə insan təbii varlıq olduğu üçün, onda heyvanlarda olduğu kimi instinktlər, təbii (ilkin) istəklər var. Məhz onlar şüursuzluğun məzmununu təşkil edir. Yeni doğulmuş körpənin davranışı heyvan davranışından fərqlənmir: öz tələbatlarını elə bu tələbatlar yaranan kimi ödəməyə çalışır. Körpə öz tələbatlarının ödənilməsini təxirə sala bilmir. Bunu tədricən öyrənir. Başa düşür ki, hər tələbatı yaranan kimi ödəmək olmaz, bəzilərindən isə ümumiyyətlə imtina etmək lazımdır. Belə çıxır ki, insan doğulanda həzz prinsipinə əsaslanır, sonradan bu gerçəklik prinsipi ilə əvəzlənir.

Son nəticədə Freyd insan şəxsiyyətinin aşağıdakı strukturunu təklif edir:

O” - şüursuzluq. Özündə şəxsiyyətin instinktiv nüvəsini saxlayıb primitiv və impulsivdir, reflektor reaksiyalardan istifadə edir. Bu həzz prinsipinə əsaslanan şüursuz istəklər sahəsidir.

Mən” - şüur. Şəxsiyyətin rasional hissəsini əks etdirir və gerçəklik prinsipinə əsaslanır. Bu “O” və gerçək dünya arasında özünəməxsus vasitədir. “Mən”in sayəsində insan şəxsiyyətinin ətraf gerçəkliklə əlaqəsi qurulur. “Mən” müxtəlif müdafiə mexanizmləri vasitəsilə “O”-nun aqressiv impulslarını cilovlayır. “Mən”in vəzifəsi fərd üçün “O”-nun tələblərini sosial dünyanın normaları çərçivəsində ödənilməsi üçün plan hazırlamaqdır.

Fövqəl-Mən” - sosial ideal, norma və əxlaq qaydaları sahəsidir. Bu özünəməxsus “O” və “Mən” arasında yaranan özünəməxsus “senzuradur”. Psixoanalizdə “Mən” və “O” arasında münaqişə həllolunmaz sayılır. Şüurlu “Mən” şüursuz “O”nun aqressiv və ya şəhvani coşqularını tam cilovlaya bilməz. “O”-nun tələblərinin “gerçəklik prinsiplərinin” tələblərinə tabe etdirilməsi üçün “Fövqəl-Mən”ə –vicdana ehtiyac yaranır.

İnsan psixikasının qərarlaşması belədir: şüursuz istəklərin dərin qatı (“O”) daha çox həəzə nail olmağın kortəbii proqramı üzrə fəaliyyət göstərir. Lakin insan bu yolda maneçilik törədən gerçək şərtlərlə toqquşur. Bu zaman, toqquşmada şüurlu “Mən” formalaşır. “Mən”in vəzifəsi şüursuz kortəbii istəkləri cilovlamaq və onları sosial təqdir edilən məcraya yönəltməkdir.

“Mən” daima “O” və xarici dünya ilə əlaqələrini saxlamağa cəhd göstərir. Tədricən, tərbiyə prosesində insan şəxsiyyətində yeni sfera –“Fövqəl-Mən” sferası təşəkkül tapır. Freydə görə “Fövqəl-Mən” vicdan və ya şüursuz günah hissi kimi “Mən”dən üstündür. Şəxsiyyətin inkişaf prosesində sonuncu formalaşan “Fövqəl-Mən” onun əxlaqi cəhətini göstərir, müəyyən ehkamları, qadağaları, valideynlərin hökmlərini və s. əks etdirir. “Fövqəl-Mən” kortəbii istəklərə nəzarət etməli və bu mənada “Mən”ə kömək etməlidir. Lakin bununla belə, “Fövqəl-Mən” tez-tez “Mən”ə qarşı durur: bizim şüurlu seçimimiz heç də həmişə cəmiyyətdə qəbul olunmuş normalarla uzlaşmır. Biz bəzən öz hərəkət və davranışımıza görə utanırıq, idealla müqayisədə öz natamamlığımızı hiss edirik. Beləliklə “Mən” gah “O”, gah da “Fövqəl-Mən” tərəfə üz tutmalı, daim hər iki sfera arasında razılaşma axtarmalıdır. Əks halda insan psixikasının pozulmasına aparan daxili münaqişə yaranır.

Freydə görə psixoanalizin vəzifəsi insan psixikasındakı şüursuzun şüur sahəsinə keçirilməsi və onun şüurun məqsədlərinə tabe etdirilməsidir. İnsan psixoanalitikanın köməyi ilə şüursuz istəklərini şüur işığına “çıxarmalı” və onlara nəzarət etməyi öyrənməlidir.

Bəs ilkin istəklər nədir? Freydə görə ilkin istəklər aşağıdakılardır:


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin