5.Materiyanın strukturu və səviyyələri. Materiya mürəkkəb struktura malikdir. Onun strukturunun əsas elementləri aşağıdakılardır:
cansız təbiət;
canlı təbiət;
sosium (cəmiyyət);
Materiyanın hər bir elementi bir neçə səviyyədən ibarətdir:
cansız təbiətin səviyyələri: submikrozərrəciklər (kvarklar, qlüonlar və s.), mikrozərrəciklər(adronlar, elektronlar), nüvə (atom nüvəsi), atomar (atomlar), molekulyar(molekullar), təkcə şeylər səviyyəsi, makrocisimlər, planetlər, planetlər sistemi, qalaktikalar, qlaktikalar sistemi, Meqaqlaktikalar, Kainat, bütövlükdə dünya.
canlı təbiət səviyyələri: hüceyrəyəqədərki səviyyə(DNK, RNK, zülallar), hüceyrələr, coxhüceyrəli orqnizmlər, növlər, populyasiyalar, biosenoz, biosfera səviyyəsi.
sosium səviyyəsi: ayrıca fərd, ailə, qrup, sosial qrup(sinif, strat), etnos, millət, irq, ayrı-ayrı cəmiyyətlər, dövlət, dövlətlər ittifaqı, bütövlükdə bəşəriyyət.
Dostları ilə paylaş: |