Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu


Mövzu №12. Fəlsəfədə idrak nəzəriyyəsi



Yüklə 0,99 Mb.
səhifə129/187
tarix23.01.2022
ölçüsü0,99 Mb.
#51508
1   ...   125   126   127   128   129   130   131   132   ...   187
fəlsəfə mühazirələr.doc 2

Mövzu №12. Fəlsəfədə idrak nəzəriyyəsi.

  1. İdrakın mahiyyəti.

  2. Fəlsəfədə idrakın obyekti və subyekti problemi.

  3. İdrakın növləri.

  4. Hissi və rasional idrak.

  5. Həqiqət haqqında təlim.

Qədim yunan filosofu Aristotelin “Metafizika” əsəri bu cümlə ilə başlayır: “Bütün insanlar fitri olaraq biliyə can atır”. Doğrudan da, insanın əsas səciyyəvi xüsusiyyətlərindən biri də onun biliyə olan tələbatıdır. Biliyə olan tələbat insanın fiziki-bioloji tələbatlarından heç də az əhəmiyyətli deyil. Bəzi hallarda biliyin, yeni ideyaların tapılıb cəmiyyətə təqdim edilməsi insandan öz ideyalarının həqiqiliyinə sarsılmaz inam, xüsusi cəsarət tələb edir. Tarix alim və fikir insanlarının öz ideyaları uğrunda edam edilməsi, tonqallarda yandırılması, həbsxanalara salınması kimi faktlarla zəngindir. T.Mor, T.Kampanella, C.Bruno, Q.Qalileyi xatırlamaq kifayətdir. Bu isə biliyin sosial mahiyyət daşımasını göstərir: o cəmiyyətin daxili tələbatları, insanların inam, dəyər və məqsədləri ilə şərtlənir.

Bütün bəşər tarixi biliyin əldə edilməsi, inkişafı, genişləndirilməsi və dəqiqləşdirilməsi prosesi kimi təsvir edilə bilər: daş alətlərin emal texnologiyası və odun əldə edilməsindən tutmuş kompüter şəbəkələrində informasiyanın istifadəsinə qədər. İctimai inkişafın müasir səviyyəsi sənaye cəmiyyətindən (əmtəə istehsalına əsaslanan) post-sənaye, və yaxud informasiya cəmiyyətinə (biliyin istehsalı və yayılmasına əsaslanan) keçid kimi səciyyələndirilir. İnformasiya cəmiyyətində biliyin dəyəri və onların əldə edilmə üsulları daima artır: dünyada hər gün minlərlə yeni kitab yazılır, rəqamsallaşdırılmış informasiyaların həcmi isə artıq terabaytlarla ölçülür. Belə bir şəraitdə idrak problemləri xüsusi aktuallıq kəsb edir. İdrakın ən ümumi problemləri fəlsəfi biliyin struktur elementi olan idrak nəzəriyyəsi, və yaxud qnoseologiya (yun. gnosis –bilik, logos –təlim) tərəfindən öyrənilir. Fəlsəfədə “idrak nəzəriyyəsi” terminini 1854-cü ildə şotland filosofu Ceyms Frederik Ferye(1808-1864) daxil etmişdir.

İdrak nəzəriyyəsinin əsas, mərkəzi problemləri isə dünyanın dərkolunanlığı, bizim biliklərimizin sərhədləri, biliyin əldə edilmə üsulları və onun səhihlik meyarlarının tapılmasıdır. İlk növbədə idrak nədir sualına cavab verək.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin