Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu


Fəlsəfədə idrakın obyekti və subyekti problemi



Yüklə 0,99 Mb.
səhifə131/187
tarix23.01.2022
ölçüsü0,99 Mb.
#51508
1   ...   127   128   129   130   131   132   133   134   ...   187
fəlsəfə mühazirələr.doc 2

Fəlsəfədə idrakın obyekti və subyekti problemi.

Əgər idark prosesi sistem ş1əklində nəzərdən keçirilərsə, bu sistemi təşkil edən əsas element kimi ilk növbədə idrakın subyekti və obyektini xüsusi qeyd etmək lazımdır.

İdrakın subyekti –bu, əşyavi-praktiki fəaliyyətin və idrakın daşıyıcısı, idrak predmetinə yönəlmiş dərketmə aktivliyinin mənbəyidir. İdrakın subyekti qismində həm ayrıca insan (fərd), həm də müxtəlif qruplar (və yaxud, bütövlükdə cəmiyyət) çıxış edə bilər. Məhsuldar idrak fəaliyyəti yalnız idrak prosesində subyektin aktiv rolu ilə geçəkləşə bilər.

İdrakın obyekti –bu, subyektə qarşı duran, onun praktiki və dərketmə fəaliyyətinin yönəldiyi hər şeydir. İdrakın obyekti materiyanın, obyektiv gerçəkliyin eyni deyil. Obyekt həm maddi şeylər (kimyəvi element, fiziki cisim, canlı orqanizm), həm də sosial hadisələr (cəmiyyət, insanların qarşılıqlı münasibətləri, onların davranış və fəaliyyəti) ola bilər. İdrakın nəticələri (eksperimentin yekunu, elmi nəzəriyyələr, bütövlükdə elm) də həmçinin idrak obyekti ola bilər. Beləliklə,idrakın obyekti ya praktiki, ya da idrak prosesinin gedişində mənimsənilən və insandan asılı olmadan mövcud olmayan şeylər, hadisələr, proseslərdir.

“Subyekt” və “obyekt” anlayışlarından “subyektiv”“obyektiv” terminləri törəmişdir.



Subyektlə, şəxslə bağlı olan hər şey, daha doğrusu onun iradəsi, arzuları, cəhd və istəkləri, hiss və emosiyaları və s. subyektivdir. Beləliklə, subyektivlik insanın daxili dünyasının səciyyəsidir. Nəyəsə subyektiv münasibət bir qayda olaraq zövq məsələsidir və müxtəlif insanlarda müxtəlif ola bilər. Subyektivlik biliyə yox, daha çox rəyə aid edilə bilər. Çünki, biliyin əsl bilik, həqiqət olması onun malik olduğu insandan asılı olmaması ilə müəyyənləşir.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin