Gündəlik idrak –bu, insanların gündəlik həyat çərçivəsində gerçəkləşən idrak növüdür. Gündəlik idrakın nəticəsində əldə edilmiş bilik insanın bilavasitə praktiki həyatında cəmlənir: hər hansı xörəyin hazırlanması, birgəyaşayışın normaları, yol hərəkəti qaydaları və s. Adətən bu biliklər nəsildən-nəsilə, bir insandan digərinə birbaşa ünsiyyətlə ötürülür. Gündəlik bilik sistemləşdirilməmiş bilikdir. Onlar hansısa konkret situasiyada aktuallaşan ziddiyyətli konqlomeratı (nizamsız yığını) əks etdirir. Məhz bu səbəbdən onlar situativdir.
Gündəlik idrakın əsasında sağlam fikir dayanır. Sağlam fikir isə həm məzmun, həm də funksional planda ikili səciyyə daşıyır. Sağlam fikrin hissi təcrübə ilə sıx əlaqəsi olduğundan o, insanların praktik fəaliyyəti üçün etibarlı əsas ola bilər. Lakin, dərk edən insan sağlam fikrin köməyi ilə dünyanın mürəkkəb qanunauyğunluqlarını mənimsəməyə çalışdıqda o, sınıq kompasa çevrilir. Bununla belə, gündəlik idrakda daha ali idrak növlərinin təməli qoyulur.
Dostları ilə paylaş: |