Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu



Yüklə 0,99 Mb.
səhifə135/187
tarix23.01.2022
ölçüsü0,99 Mb.
#51508
1   ...   131   132   133   134   135   136   137   138   ...   187
fəlsəfə mühazirələr.doc 2

Mifoloji idrak –bu, dünyanın konkret miflər prizmasından dərk olunmasıdır. Mif əfsanə, və yaxud əsatir deyil. O mövcud olub, mövcuddur və nə qədər ki, insan və bəşəriyyət var mövcud olacaq.

Hər bir insan dünyanı, digər insanları özünün şəxsi və peşəkar mifi prizmasından dərk edir. Məsələn, labüd olaraq öz həmsöhbətinin sağlamlıq və xəstəlik əlamətlərinə diqqət yetirəcək. Şəxsi və mədəni determinləşmiş mifoloji idrak öz növbəsində insan və xalqların şəxsi və mədəni inkişafına təsir göstərir. Bu planda mifoloji idrak digər idrak növləri arasında mərkəzi yer tutur. Çünki, digər idrak növləri məhz mifoloji idrak ətrafında qruplaşır.



Dini idrak. Dini idrakın ali forması vəhydir. Vəhy xüsusi idrak növü olub kifayət qədər az saylı mənəvi istedada malik insanlar –iman ardıcılları üçün əlyetərli olur. Dini təsəvvürlərə görə vəhy azsaylı iman tərəfdarlarının fövqəlhissi gerçəkliyi birbaşa canlı seyr etməsidir. Burada azsaylı iman insanları cərgəsində ilk növbədə Peyğəmbərlər nəzərdə tutulur.

Dini vəhyin əsas fərqləndirici xüsusiyyəti onun adekvat şəkildə insan təsəvvürləri vasitəsilə ötürülə bilməməsidir. Fövqəlhissi gerçəklik mənzərəsini dəqiq və əhatəli əks etdirmək üçün insan dili ontoloji (leksik yox) baxımdan çox kasaddır. Bax bu səbəbdən vəhy vasitəsilə nazil olmuş müqəddəs kitablar simvolik -obrazlı formada yazılır. Məhz bu səbəbdən həmin kitabların peşəkarlar tərəfindən təfsirinə ehtiyac duyulur.

Dini vəhylər xüsusi müddəalarda –ehkamlarda əksini tapır. Ehkamlar Allah, dünya və insan haqqında dini sistemlərin əsas təsəvvürlərini əks etdirir. Dini iman hər bir dini təlimin əsasını təşkil edən ehkamların sarsılmazlığına əsaslanır. Ehkamsız nə din, nə də dini idrak olur. Bu ehkamlar prizmasından da dünya, insan və tarix qavranılır və dəyərləndirilir.

Fəlsəfi idrak. İdrakın bu növü birqiymətli təfsirə malik deyil. Çünki, formal olaraq o özündə elmi, bədii, dini və digər idrak növlərini birləşdirir. Fəlsəfi biliyin əsas fərqləndirici xüsusiyyəti odur ki, fəlsəfə fikir haqqında fikirdir. Buradan iki mühüm nəticə çıxır. Birinci, fəlsəfi idrak refleksiyadır, daha doğrusu bütün mövcudatın: varlıq, mədəniyyət, tarix, insan həyatı və s. –yüksək kənarlaşma (sanki kənardan baxma) mövqeyindən son əsaslarının düşünülməsidir. İkincisi, fəlsəfə həmişə mütəfəkkirlərin bir-biri ilə dialoqudur. Ona görə də fəlsəfi bilik və təlimlər heç zaman köhnəlmir, mədəniyyətdə əbədi aktualdır. Mütəfəkkirlərin dialoqu, müxtəlif fəlsəfi mövqelərin müqayisəsi fəlsəfi idrakın yaradıcı inkişafını stimullaşdırır. Fəlsəfi bilik –bütöv və dəyər biliyidir. Çünki fəlsəfə dünyanı öz bütövlüyündə dərk etməyə çalışır və onda qabarıq şəkildə subyektiv-şəxsi məqam ifadəsini tapır. Hər bir filosof dünya və insanın öz unikal anlamı və dəyərləndirməsini verməyə cəhd edir. Ona görə də nə qədər filosof varsa, o qədər də fəlsəfə var desək yanılmarıq.

Bunlar idrakın əsas növləridir. Onların hər biri özünəməxsus səciyyəyə, üstünlüyə və çatışmazlığa malikdir. Bu idrak növləri yalnız vəhdətdə, məcmu halında insana dünya və özünü dərk etməyə və harmonik inkişaf etməsinə imkan yaradır.




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin