4. Hissi və rasional idrak.
İdrak prosesində insanın bütün mənəvi qabiliyyətləri iştirak edir: iradə və fantaziya, şüur və təhtəlşüur, intiusiya və təfəkkür, hiss və zəka. Hər hansı filosof, və yaxud fəlsəfənin mövqeyi və prinsiplərindən asılı olaraq bu mənəvi xüsusiyyətlərdən birinə üstünlük verilir, ön plana çıxarılır. Lakin qeyd etmək lazımdır ki, həm hissi və rasional, həm də şüur və təhtəlşüur mahiyyət etibarı ilə mücərrədləşdirmələrdir. Daha doğrusu adı çəkilən məqamların eyni zamanda iştirak etdiyi vahid dərketmə prosesinin tərəfləri, xassələridir. Müasir psixologiya eksperimental şəkildə sübut edir ki, dərketmə prosesinin ilk həlqəsi həm təfəkkür, həm şüur, həm qavrayış, həm də təhtəlşüur ola bilər. Bütün bununla birlikdə, dərketmə prosesində hissi və rasional məqamların ətraflı təhlili bütövlükdə bu prosesin daha ətraflı mənimsənilməsi üçün zəruridir. Məhz bu baxımdan dərketmə prosesi hissi və rasional (mücərrəd) olmaqla iki səviyyəyə ayrılır.
Dostları ilə paylaş: |