Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu



Yüklə 0,99 Mb.
səhifə141/187
tarix23.01.2022
ölçüsü0,99 Mb.
#51508
1   ...   137   138   139   140   141   142   143   144   ...   187
fəlsəfə mühazirələr.doc 2

5. Həqiqət haqqında təlim.

İdrak nəzəriyyəsinin mərkəzi problemlərindən biri də həqiqət problemidir. Həqiqət anlayışı biliyin keyfiyyətini səciyyələndirir. Biliyin həqiqiliyi haqqında məsələyə mücərrəd şəkildə baxmaq olmaz. Çünki idrakın hər bir konkret növündə həqiqət özünəməxsus şəkil dəyişməsində çıxış edir. Həqiqətin meyarı, daha doğrusu ölçüsü, bu və ya digər biliyin səhihliyinin müəyyənləşdirilmə ölçüsü də xüsusi əhəmiyyət kəsb edir. Bəs həqiqət anlayışını necə müəyyənləşdirmək olar?



Həqiqət, yanılma və yalan. Adətən həqiqəti biliyin obyektə uyğunluğu kimi müəyyənləşdirirlər. Həqiqət –obyekt haqqında, onun hissi və yaxud intellektual dərki ilə əldə edilən və səhihliyi baxımından səciyyələndirilən adekvat informasiyadır. Beləliklə, həqiqət informasion və dəyər aspektində obyektiv yox, subyektiv mənəvi gerçəklik kimi mövcud olur.

Biliyin dəyəri onun həqiqilik ölçüsü ilə müəyyənləşir. Başqa sözlə desək həqiqət idrak obyektinin deyil, onun haqqında biliyin xassəsidir. Burada bilik təkcə predmetlə deyil, həm də idrak predmetlə üst-üstə düşür. Beləliklə, həqiqəti subyektn obyekti necə varsa, şüurdan kənar və ondan asılı olmadan adekvat inikası kimi müəyyənləşdirirlər. Bu hissi, empirik təcrübənin, həmçinin anlayış, hökm, əqlinəticə, nəzəriyyə, təlim və nəhayət dünyanın bütöv mənzərəsinin onun inkişaf dinamikasında obyektiv məzmunudur. Həqiqətin gerçəkliyi inkişaf dinamikasında adekvat əks etdirməsi ona proqnostik ölçü ilə bağlı xüsusi dəyər verir. Həqiqi bilik insanlara hal-hazırda öz fəaliyyətini zəkalı təşkilinə imkan verməklə yanaşı gələcəyi görməyə də şərait yaradır. Əgər idrak yarandığı gündən gerçəkliyi bu və ya digər dərəcədə həqiqi əks etdirməsəydi, insan nəinki ətraf gerçəkliyi zəkalı şəkildə dəyişdirə bilərdi, heç bu gerçəkliyə uyğunlaşa da bilməzdi. İnsanın, elm tarixinin və praktikanın mövcudluq faktının özü bu müddəanın doğruluğunu sübut edir. Beləliklə, həqiqət nə şeylərdə mövcuddur, nə də bizim tərəfimizdən yaradılır: həqiqət obyektin mahiyyətinin subyekt tərəfindən dərkinin, biliyin adekvatlıq ölçüsünü səciyyələndirir.

Tarixi təcrübə göstərir ki, bəşəriyyət həqiqətə böyük hesabla ifrata varma və yanılmalardan keçməklə çatır. Dərketmə prosesi hamar, düzxətli yolla getmir. Bəzən bir məhsuldar həqiqətin əldə edilməsi yüzlərlə insanın öz həyatını uğursuz axtarışlar və kədərli səhvlər girdabında puç etməsi bahasına başa gəlib. Elm tarixi göstərir ki, bir çox hallarda yüz illər boyunca yanlış müddəalar həqiqət kimi qəbul edilib. Yanılmalar həqiqətə aparan yolda arzuolunmaz, lakin zəruri “dolanbaclardır”. Deməli, həqiqətin mahiyyətinin anlaşılması həm də yanılmanın nə olduğunu aydınlaşdırılmasından asılıdır. Yanılma –şüurun həqiqət kimi qəbul edilən, lakin gerçəkliyə uyğun olmayan məzmunudur. Bəşəriyyətin idrak fəaliyyətinin tarixi göstərir ki, yanılma birtərəfli olsa da belə, obyektiv gerçəkliyi əks etdirir, gerçək mənbəyə malikdir. Prinsip etibarilə, elə bir yanılma yoxdur ki, o heç bir şeyi əks etdirməsin. Məsələn, sehrli nağıl qəhrəmanları həqiqidirmi? Cavab belədir: bəli, ancaq qismən. Hər bir nağıl qəhrəmanı həyatdan götürülüb və onları yaradanların fantaziyası ilə dəyişdirilib. Yəni hər bir uydurmada müəyyən qədər həqiqət yükü var. Bütövlükdə isə belə nümunələr nəsə həqiqi olan deyil.

Elmi idrakda yanılma, yalan olması elmin sonrakı inkişafı ilə aşkarlanan yalan nəzəriyyələr kimi çıxış edir. Məsələn, Ptolomeyin geosentrik nəzəriyyəsi, və yaxud, məkan və zamanın Hyuton tərəfindən traktovkası da belə olmuşdur. Beləliklə, yanılmalar həm qnoseoloji, həm psixoloji, həm də sosial əsaslara malikdir. Lakin onları əxlaqi-psixoloji fenomen olan yalandan fərqləndirmək lazımdır. Həqiqəti daha dərindən dəyərləndirmək və onun haqqında mühakimə yürütmək üçün yanılma ilə yanaşı yalan haqqında da bilmək lazımdır.



Yalan –kimisə aldatmaq məqsədilə gerçək vəziyyətin təhrif edilməsidir. Yalan həm olmayanın uydurulması, həm də olanın şüurlu gizlədilməsi ola bilər. Yalanın mənbəyi məntiqi cəhətdən doğru olmayan təfəkkürün olması da mümkündür. Əxlaqi baxımdan yanılma vicdanlı qeyri-həqiqət, yalan isə vicdansız qeyri-həqiqətdir. Baxmayaraq ki, bəzi hallarda “xilas naminə yalana” haqq qazandırılır. Bununla belə dahi İ.Kantın sözləri yerinə düşür: “Xeyirxahlıq naminə deyilmiş yalanı bağışlamaq olar, lakin ona haqq qazandırmaq olmaz”.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin