3. Elmi idrakın səviyyələri.
Müasir elm müxtəlif fənlərdən təşkil olunmuşdur. O, bir-biri ilə qarşılıqlı əlaqədə olan və bununla birlikdə nisbi müstəqilliyə malik bilik sahələrindən ibarətdir. Əgər elmə hansısa bütöv, tam kimi baxılarsa, onu inkişaf edən mürəkkəb sistemlər tipinə aid etmək olar. Bu sistem öz inkişafında yeni-yeni nisbi avtonom alt-sistemlər və onların qarşılıqlı təsirini idarə edən yeni inteqrativ əlaqələr törədir.
Hər bir elmi bilik sahəsində, daha doğrusu elmi biliyin inkişaf edən alt-sistemində, məsələn, fizika, kimya, biologiya və s. öz növbəsində elmi biliyin müxtəlif formalarını tapmaq olar: empirik faktlar, qanunlar, müxtəlif tip hipotezlər və s.
Elmi biliyin strukturunda ilk növbədə iki səviyyəni: empirik və nəzəri səviyyəni fərqləndirmək olar. Onlara idrak fəaliyyətinin iki səciyyəvi və eyni zamanda bir-biri ilə qarşılıqlı əlaqədə olan növü uyğundur: empirik və nəzəri tədqiqat. Bu iki səviyyəni bir-birindən fərqləndirən əsas meyarlar aşağıdakılardır:
Tədqiqat predmetinin xarakterik xüsusiyyəti;
Tətbiq olunan tədqiqat vasitələrinin tipi;
Metodun xüsusiyyətləri.
Qeyd edək ki, burada əsas məqamlardan biri tədqiqat zamanı istifadə edilən metodun xüsusiyyətləridir. Onları aşağıda ətraflı nəzərdən keçirəcəyik.
Dostları ilə paylaş: |