Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu



Yüklə 0,99 Mb.
səhifə146/187
tarix23.01.2022
ölçüsü0,99 Mb.
#51508
1   ...   142   143   144   145   146   147   148   149   ...   187
fəlsəfə mühazirələr.doc 2

- mədəni-dünyagörüşü;

- birbaşa məhsuldar qüvvə;

- sosial güc.

2. Elmi idrakın meyarları.

Gündəlik idrakdan fərqli olaraq elm idrakın müəyyən standartlarına, norma və meyarlarına əsaslanır. Bu norma və meyarlar elmi biliyi adi, gündəlik biliklərdən fərqləndirməklə yanaşı tədqiqat nəticəsində əldə edilmiş biliyin səhihliyini təmin edir. Elmi idrakın əsas meyarları bunlardır: obyektivlik, birqiymətlilik, rasionallıq, sistemlilik, universallıq, praktiki tətbiq edilmə, verifikasiya və falsifikasiya. Onların hər birini ayrı-ayrılıqda nəzərdən keçirək.



Obyektivlik tədqiqat fəaliyyətinin əsas məqsədindən – klassik anlamda başa düşülən həqiqətin (gerçəklik haqqında biliyin gerçəkliyin özünə uyğunluğu) axtarılmasından irəli gəlir. Öz məzmununa görə həqiqət obyektivdir, daha doğrusu o dərk edən insanın rəyindən asılı deyil. Deməli elmi bilik şəxsi zövqdən, fərdi arzulardan asılı olmamalı və gerçəkliyi olduğu kimi, dəqiq əks etdirməlidir.

Birqiymətlilik elmi biliklərdən bütün qeyri-aşkar, ziddiyyətli anlayış və prinsiplərin kənarlaşdırılma zərurəti kimi başa düşülür. O özünü artıq terminoloji səviyyədə büruzə verir: elmi termin dəqiq müəyyənləşdirilmiş yeganə mənaya malik olmalıdır. Gündəlik, dini və bədii dilin anlayışları isə əksinə olaraq çoxmənalıdır. Məsələn, güc və qüvvə anlayışlarının fizika və poeziyada işlənilməsinə diqqət yetirsək deyilənlər aydın olar. Deyilənlər təkcə faktların təsvirinə yox, həm də nəzəriyyələrə aiddir. Əgər məlum olsa ki, nəzəriyyə müxtəlif təfsirlərə yol açır, onda həmin nəzəriyyənin elmi statusu (elmliyi) şübhə altına düşür və onun daha mükəmməl nəzəriyyə ilə əvəzlənməsi zərurəti yaranır.

Rasionallıq obyektiv dünyanın zəka ilə dərk olunmasına inama əsaslanır. Bu halda gerçəklik nizamlı, rasional və onların sayəsində də dərk edən insan üçün əlyetərli kimi başa düşülür. Deməli, hər bir biliyin elmi olması üçün o, məntiqi cəhətdən ziddiyyətsiz və irrasional amillərdən (məs. mistik təcrübə, dini ehkam) azad olmalıdır.

Sistemlilik elmi biliklərin nizamlı və qarşılıqlı əlaqədə olmasını nəzərdə tutur. Elmi bilik bir-birindən təcrid olunmuş fakt və ideyaların sadə toplusu deyil: onlar bütövün mənasının hissələrin məna məcmularını əhatə edəcək vəhdəti təşkil etməlidirlər.

Universallıq elmi nəticələrin ümumi vacibliyini göstərir: onların dəyəri subyektiv amillərdən, məsələn tədqiqatçının cinsi, və yaxud milliyyətindən asılı olmamalıdır. Məhz bu prinsipə görə milli, və yaxud sinfi fizika, kimya, riyaziyyat olmur. Prinsip və qanunlar hər yerdə həqiqi olmalı, bütün hallarda analoji şərait varsa nəticələr üst-üstə düşməlidir.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin