Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu



Yüklə 0,99 Mb.
səhifə142/187
tarix23.01.2022
ölçüsü0,99 Mb.
#51508
1   ...   138   139   140   141   142   143   144   145   ...   187
fəlsəfə mühazirələr.doc 2

Nisbi və mütləq həqiqət. Həqiqət tarixi səciyyə daşıyır. Bu mənada o, “öz düvrünün övladıdır”. Ümumiyyətlə son və qəti həqiqət –yalnız xəyaldır. Hər bir idrak obyekti tükənməzdir, o daim dəyişir, çoxsaylı xassələrə malik olur və ətraf aləmlə qarşılıqlı münasibətlərin saysız-hesabsız bağları ilə əlaqələnir. Alimin zəkalı seyri qarşısında daim natamam mənzərə var: nə isə yaxşı məlumdur, başqası tam aydın deyil, üçüncüsü şübhəlidir, dördüncüsü kifayət qədər əsaslandırılmayıb, beşincisi yeni faktlarla ziddiyyət təşkil edir, altıcısı isə ümumiyyətlə problematikdir. İdrakın hər bir pilləsi elmin və cəmiyyətin tarixi inkişaf səviyyəsi, inkişafı konkret-tarixi şərait və müəyyən dərəcədə təbii amillərlə şərtlənən tədqiqatının dərketmə qabiliyyətləri ilə məhdudlanır. Elmi biliklər, o cümlədən dəqiq, səhih biliklər nisbi səciyyə daşıyır. Biliyin nisbiliyi onların natamamlığında, ehtimali xarakterindədir. Həqiqət nisbidir, çünki o obyekti tam, bütöv deyil, daim dəyişən və inkişaf edən bəlli sərhədlər və münasibətlərdə əks etdirir. Deməli, nisbi həqiqət nəsə haqqında məhdud düzgün bilikdir.

Həqiqətin nisbi xarakteri haqqında danışarkən qətiyyən unutmaq lazım deyil ki, söhbət elmi biliklər sferasından gedir. Bu mütləq səhih biliklər sferasına aid deyil. Məhz mütləq səhih və ona görə də mütləq həqiqi faktların mövcudluğu insanların praktiki fəaliyyəti üçün fövqəladə dərəcədə vacibdir. Deyilənlər xüsusilə insan taleyinin həll olunduğu məqamlarda daha qabarıq görsənir. Məsələn, hakim “Müttəhim ya cinayət törədib, ya da törətməyib, hər halda gəlin onu cəzalandıraq” deyə mühakimə edə bilməz. Müttəhimin əməlində cinayət tərkibinin olmasına tam inam olmadan məhkəmənin onu cəzalandırmaq hüququ yoxdur. Xəstəni əməliyyat edən, və yaxud ona güclü təsirə malik dərman verən həkim insanın xəstəliyi haqqında mütləq səhih məlumata malik olmalıdır. Mütləq həqiqətə həm də səhih müəyyənləşdirilmiş faktlar, hadisənin, doğum və ölüm tarixi də aiddir.

Tam aydın və səhih şəkildə ifadə edilmiş mütləq həqiqətlər heç bir zaman əlavə sübutedici ifadələrlə möhkəmləndirilmir. Məsələn, üçbucağın bucaqlarının cəmi iki düz bucağa bərabərdir və s. Belə müddəalar artıq kimin və nə zaman deməsindən asılı olmayaraq həmişə həqiqiliyini qoruyurb saxlayırlar. Beləliklə, mütləq həqiqəti bu şəkildə müəyyənləşdirmək olar: mütləq həqiqət biliyin elə bir məzmununa deyilir ki, o elmin sonrakı inkişafı ilə inkar olunmayıb, həyatın özü tərəfindən daim təsdiqlənir və zənginləşir.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin