Eley məktəbi. Eley məktəbi “Böyük Yunanıstanın” Eley şəhərində yaranıb. Onun ən görkəmli nümayəndələri: Ksenofan, Parmenid, Zenon.
Ksenofan. Fəlsəfəni şərqdən qərbə daşıyan Ksenofan(m.ö.570- 470) İoniyanın Kolofon şəhərində dünyaya gəlmiş, iyirmi beş yaşında doğma şəhəri tərk etmişdir.
Ksenofan insanları Allahları özlərinə bənzər təsvir etmələri qənaətinə gəlir. Çünki, müxtəlif xalqların Allahları onların milli –antropoloji cizgilərini əks etdirir: “Həbəşlər Allahlarını qara və fındıqburun, frakiyalılar isə kürən və mavigözlü təsvir edirlər”. Deməli: “Əgər öküzlər, şirlər, (atlar) da əllərə malik olub insanlar kimi şəkil çəkə, heykəl təraş edə bilsəydilər, atlar-atlara, öküzlər isə öküzlərə bənzər Allahlarını təsvir edə, heykəllərini yaradardılar”. Ksenofanın dini təliminin mahiyyətini belə ifadə etmək olar: Allahdan başqa heç nə yoxdur, Allah və varlıq eynidir. Bu “Allah -Kainat” maddi cisim olub hər yerdə bircinsdir, bütün mövcudluğu ilə görür, eşidir və fikirləşir. Formaca kürəvaridir və nəfəs almır, lakin canlıdır və şüura malikdir. Ksenofanda təkcə Allahların insan surəti və onlar haqqında Homer və Hesiodun ləyaqətsiz hekayələri hiddət doğurmur, o, həm də hesab edir ki, onların çoxluğu Allah haqqında daha xalis anlayışla uyuşmur. O, deyir ki, yaxşısı təkcə olmaqdır: “Allahların heç biri digərinin hökmranlığı altında ola bilməz”.
Dövrünün fəlsəfi ənənələrinə rəğmən Ksenofan aşkar şəkildə ilkbaşlanğıc probleminin həllinə cəhd göstərməmişdir. Lakin onun “Zira, hər şey torpaqdandır və torpaqda da ölür” müddəası sonrakı dövrdə tədqiqatçılar Ksenofanda torpağın ilkbaşlanğıc olması fikirlərinə rəvac vermişdir. Digər tərəfdən Ksenofanın başqa bir fraqmentdə bu fikri söyləyir: “Doğulan və cücərən hər nə varsa hamısı sudur” və “Zira, hamımız torpaq və sudan doğulmuşuq”. Beləliklə, ilkbaşlanğıc anlayışı Ksenofana aid edilərsə: onun üçün ilkbaşlanğıc torpaq və sudur.
Dostları ilə paylaş: |