Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu



Yüklə 0,99 Mb.
səhifə41/187
tarix23.01.2022
ölçüsü0,99 Mb.
#51508
1   ...   37   38   39   40   41   42   43   44   ...   187
fəlsəfə mühazirələr.doc 2

Pifaqor və pifaqorçular. M.ö. VI əsrdə “Böyük Yunanıstamda” yaranmış və Antik fəlsəfənin sonuna qədər müxtəlif məktəblər şəklində mövcud olmuş təlimlərdən biri də pifaqorçuluqdur. Bu təlimin banisi Samoslu Pifaqor İoniyanın Samos adasında anadan olmuş, lakin Polikrat tiraniyasına etiraz olaraq vətəni tərk edərək uzun müddət səyahətdə, o cümlədən Misirdə olmuş, müxtəlif təlimlərə yiyələnmişdir. Böyük Yunanıstana qayıdaraq burada öz məktəbini yaratmışdır.

Pifaqorçulara görə, kosmos və şeylər sadəcə materiya və maddə deyil, həm də mütənasiblik və ədədi münasibətlərə tabe olan müəyyən strukturlu maddədir. Pifaqor iddia edir ki, hər şey ədəddir. Yəni əksliklər cütünü təşkil edən kəmiyyətlərin zəkalı birləşməsidir: hüdud və hüdudsuz, tək və cüt, təkcə və çoxlu, sağ və sol, qadın və kişi, işıq və qaranlıq, xeyir və şər və s. “Hüdud” –qanunauyğunluğu, kamilliyi, formalığı, nizam və kosmosu, “hüdudsuz” –nizamsızlığı, formasızlığı, yarımçıqlıq, qeyri-kamillik və boşluğu bildirir. “Hüdud” ideyasının həndəsi ifadəsi kürə, cəbri ifadəsi isə vahiddir. Ona görə də, kosmos vahid və sferik olub sərhədsiz boş məkanda yerləşir.

Pifaqorçuların əsas prinsiplərindən biri də, metempsixoz hadisəsidir. Onlara görə can (ruh) ölümsüzdür və “kabusdur”, yəni yarımtanrı mənşəyə malik olub ölümsüz mövcudluqdur. Can (ruh) ya Tanrılar arasında bəxtiyar həyat sürür, ya da metempsixoz halında mövcuddur. Metempsixoz canın (ruh) bir bədəndən digərinə keçməsini bildirir. Pifaqorçulara görə, can bitki və heyvanların bədəninə keçir və orada öz “həyatını” davam etdirir. Can bədəndə sanki qəbirdə olduğu kimi mövcuddur, oraya öz günahlarına görə düşür. Əgər can üç bədəndə mövcud olub heç bir pis əməl tutmasa, onda o, sakitlik və əbədi bəxtiyarlığa çatır.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin