FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolu



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə62/132
tarix28.11.2023
ölçüsü1,62 Mb.
#169340
1   ...   58   59   60   61   62   63   64   65   ...   132
Fəlsəfə mühazirə

Vilhelm Yozef Şellinq 
(1775-1854) klass
ik alman fəlsəfəsinin
nümayəndələrindən biridir. Şellinqin əsas əsərlərindən "Naturfəlsəfə sisteminin ilk 
cizgiləri" (1799) və "Transsendental idealizm sistemi" (1800) adlarını çəkmək olar.
Şellinq öz fəaliyyətinə Fixte fəlsəfəsinin davamçısı kimi başlamışdır. Lakin 
o, tezliklə Fixtenin subyektiv idealizminə qarşı çıxmış və özünün obyektiv idealizm 
sistemini yaratmağa başlamışdır. O, ruh və təbiətin, subyekt və obyektin eyniliyinə 
dair 
özünün obyektiv idealizm fəlsəfəsini yaratmışdır. Şellinqin fəlsəfi sistemində 
bütün mövcudatın əzəli başlanğıcı nə materiyadır, nə də fərdin şüuru. Onun 
fikrincə, hər şeyin mənbəyi əbədi ağıl, zəka və mütləq "Mən"dir. Şellinqə görə
bütün dünyanın ruhu var. Aləmin müxtəlif formaları ruhun, ağılın ifadəsi və əyani 
təzahürüdür. Mütləq ağıl, mə"nəvi və maddinin, subyektin və obyektin ilkin əsası 
və mənbəyidir. Şellinq materiyanın, təbiətin ruhdan, şüurdan kənarda və ondan 
asılı olmadan mövcud olması fikrini qəbul etmirdi. O deyirdi ki, materiya yalnız 
mütləq ruhun, ağılın xüsusi halıdır. Şellinqin fikrincə, materiya ilə ruhu qarşı
-
qarşıya qoymaq olmaz, çünki onlar mahiyyət e"tibarilə eynidirlər. Materiya və ruh 
eyni bir mütləq ağılın müxtəlif vəziyyətləridir.
O, subyektlə obyektin, mə"nəvi ilə 
maddinin idealistcəsinə eyniləşdirilməsi haqqında öz tə"liminə əsaslanaraq 
mahiyyət e"tibarilə maddini mə"nəvidə əritmişdir.
Şellinqin fəlsəfəsində idealist dialektika öz əksini tapmasa idi, onun fəlsəfi 
sistemi öz-özlüy
ündə heç bir maraq doğurmaz və klassik xarakter kəsb etməzdi. 
Şellinq fəlsəfəsinin çıxış nöqtəsini bir
-
biri ilə mübarizədə olan əksliklər, öz 
mahiyyəti e"tibarilə ziddiyyətli olan əks tərəflər təşkil edir. O göstərirdi ki, 
"Mən"də ilkin əksliklər kimi subyekt və obyekt mövcuddur. Onların hər ikisi bir
-
birini rədd edir və eyni zamanda, biri olmadan digəri mövcud ola bilmir. Subyekt 
obyektlə, obyekt isə subyektlə ziddiyyətdə özlərini təsdiq edirlər. Başqa sözlə 
desək, onlardan heç biri öz əksliyini rədd etmədən gerçəkləşə bilməz.
Təbiətin hərəkətinin mənbəyini onun özündə axtaran Şellinq təbiətdə bir
-
birinə zidd qüvvələrin və meyllərin mövcud olduğuna xüsusi diqqət yetirirdi. O, 
gerçəklikdə baş verən hər bir dəyişikliyin səbəbini əksliklərin mübarizəsində 
görürdü. Şellinq göstərirdi ki, bütövlükdə təbiətdə və onun hər bir sahəsində 


daima bir-
biri ilə qırılmaz surətdə bağlı olan qüvvələr fəaliyyət göstərir. Onun 
fəlsəfəsində bütün mövcudatın inkişafının pillələri kimi tezis, antitezis, sintez 
haqqında dialektik mühakimələr daha ətraflı təhlil edilmişdir. Şellinqin 
naturfəlsəfəsində
təbiət hadisələrinin vəhdətinin və ümumi əlaqələrinin 
dialektikcəsinə şərhinə də cəhd göstərilmişdir. O deyirdi ki, təbiətdə mütləq 
formada bir-
birindən təcrid olunmuş hissələr yoxdur, onlar hamısı bir
-
biri ilə 
qarşılıqlı surətdə əlaqədədir və bir birinə qarşılıqlı surətdə tə"sir göstərirlər. Bütün 
bu dialektik fikirlər Şellinq fəlsəfəsinin səmərəli toxumunu təşkil edir.

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin