bütün şeylərin daxili mahiyyətini təşkil edir. Hegel təfəkkürlə
-
əql, zəka ilə obyektiv
gerçəkliyi eyniləşdirirdi. O belə bir fantastik nəticəyə gəlirdi ki, guya insana xas
olan təfəkkür isandan kənarda mövcud olan Mütləq ideyanın təzahürlərindən
biridir. Hegel özü də bunu gizlətmədən deyirdi ki, bu "Mütləq jeya" Allah
anlayışıdır. Lakin Hegel tə"limindəki Allah
-
dinin ona şamil etdiyi insan
i
keyfiyyətlərə malik deyildir.
Hegelin "Mütləq ideya"sı, dinlərdə mövcud olan adi "Allah"dan fərqli olaraq,
dünyaya hissi və emosional münasibətdən məhrumdur.
Hegelin nəzərincə, Allah
saf-
xalis təfəkkürdür. Lakin bu təfəkkür fəal, yaradıcı fəaliyyət, meydana gəlmək
və məhv olmaq, dəyişmək, yenidən yaranmaq, inkişaf etmək deməkdir.
Hegel
fəlsəfəsində təfəkkür varlığı əks etdirmir, varlıq təfəkkürün, anlayışların, ideyaların
təzahürüdür.
Hegelin fəlsəfi sistemi aşağıdakı 3 hissədən ibarətdir: 1. Məntiq; 2. Təbiət
fəlsəfəsi; 3. Ruh fəlsəfəsi.
Məntiq Hegelin fəlsəfi sisteminin ən mühüm tərkib hissəsini təşkil edir. Bu
hissənin şərhi onun "Məntiq elmi" əsərində verilmişdir. Burada dialektikanın əsas
problemləri hərtərəfli araşdırılmışdır. Bu əsərdə dialektika bir inkişaf nəzəriyyəsi
və gerçəkliyin dərk olunmasının elmi metodu kimi təhlil olunur. Hegel göstərirdi
ki, məntiq elminin məşğul olduğu təfəkkür qanunları bütün varlığın
-
həm təbiətin,
həm bəşər tarixinin, həm də idrakın əsas qanunlarıdır.
Hegelə qədər məntiq təfəkkürün subyektiv (insana xas) formaları haqqında
elm kimi qəbul olunurdu. Hegel məntiq elmi qarşısında idrakın inkişafının ən
ümumi qanunauyğunluqlarının tədqiqi məsələsini qoymuşdu. Bununla birlikdə o,
təfəkkürün elementar forma və qanunları haqqında elm olan formal məntiqin də
zəruriliyini inkar etmirdi. Formal məntiqdən fərqli olaraq, o, dialektik məntiqi
bütün şeylərin mahiyyəti haqqında elm adlandırırdı. Elə buna görə də o, "Məntiq
elmi" əsərində formal məntiqin heç vaxt məşğul olmadığı məsələləri qaldırmışdır.
Məntiq elmi üçün mühüm problemlər olan anlayış, mühakimə, əqli nəticə
kimi məsələlərdən başqa, Hegel məntiq tə"limində gerçəkliyin özünün
qanunauyğunluqları, kəmiyyət dəyişmələrinin keyfiyyət
dəyişmələrinə keçməsi,
fəlsəfi kateqoriyaların münasibəti, mexaniki, kimyəvi hərəkətlərin və digər
proseslərin təbiəti haqqında məsələləri də ətraflı araşdırmışdır. Buna görə də
məntiq elminin məşğul olduğu problemlərin zənginləşdirilməsi, yeni, dialektik
məntiqin zəruriliyi məsələsinin irəli sürülməsi Hegelin mühüm tarixi xidməti hesab
edilməlidir. O, özünün "Məntiq elmi" əsərində varlıq, heçlik, təşəkkül
-tapma
keyfiyyət,
kəmiyyət, ölçü, mahiyyət, eynilik, fərq, ziddiyyət, zərurət və təsadüf,
imkan və gerçəklik kimi ümumi anlayışları hərtərəfli araşdırmışdır. O göstərmişdir
ki, bütün bunlar bir-
biri ilə əlaqədardır və idrakın müxtəlif pillələrini əks etdirirlər.
Hegel sisteminin 2-
ci hissəsini təbiət fəlsəfəsi təşkil edir. Hegelə görə, təbiət
fəlsəfəsi qeyri
-
varlıq, yə"ni təbiət formasında olan ideyalar haqqında tə"limdir.
Onun fikrincə, təbiət başqa formaya girmiş ideyadır. Onun nöqtəyi
-
nəzərincə,
"Mütləq ideya"nın təbiətdə əsas təzahürləri mexanika, fizika və orqanikadan
ibarətdir. Ona görə də Hegel təbiət fəlsəfəsini 3 hissəyə bölmüşdür: birinci hissə
mexanika adlanır.
Burada Hegel məkan, zaman, materiya, hərəkət, ümumdünya
cazibəsi məsələlərini araşdırır.
Fizika hissəsində Hegel səma cisimlərini, işığı, istiliyi, kimyəvi prosesləri və s.
araşdırır və bu proseslər arasındakı əlaqələri açıb göstərməyə çalışırdı.
Təbiət fəlsəfəsinin 3
-
cü hissəsi olan orqanika
-
geologiya, botanika və
zoologiya məsələlərinə həsr edilmişdir.
Hegelin sisteminin 3-
cü hissəsi ruh fəlsəfəsi adlanır. Burada "Mütləq
ideya"nın inkişafının yekun mərhələsi araşdırılır. Bu mərhələdə "Mütləq ideya"
təbiəti tərk edir, "Mütləq ruh" kimi öz
-
özünə qayıdır. Hegelin ruh fəlsəfəsinin
əsasını fərdi və ictimai şüurun inkişafı, ümumiiyyətlə, bəşəriyyətin əqli inkişafı
haqqında idealist tə"lim təşkil edir.
Ruh fəlsəfəsində
Hegel ümumdünya tarixini üç əsas dövrə bölür: Şərq dövrü;
Antik dövrü; Alman dövrü.
Hegelin fikrincə, Şərq dünyasında insan hələ dərk etmirdi ki, azadlıq onun
mahiyyətidir. Ona görə də, burada hamı quldur. Antik dünyada (Qədim
Yunanıstan və Roma) bə"ziləri artıq başa düşürdülər ki, azadlıq onların mahiyyətini
təşkil edir. Ona görə də Şərq dünyasından fərqli olaraq, onlar "azadlıqlıdırlar".
Nəhayət, Hegelin nəzərincə, alman və ya xristian dünyasında hamı özünün
mə"nəvi mahiyyətini dərk edir və buna görə də burada hamı azaddır.
Hegelin fəlsəfi tə"liminin əsas müddəalarının şərhi göstərir ki, Hegel
fəlsəfəsində metod və sistem üzvi surətdə bir
-
biri ilə bağlı olsa da, onlar arasında
həll olunmaz ziddiyyətlər mövcuddur. Bu ziddiyyətlər aşağıdakılardan ibarətdir
:
1.
Hegel öz fəlsəfi sistemini "Mütləq ideya"nın öz mahiyyətini dərk etməsi
prosesinin sona yetməsi, dünyəvi əqli inkişafın sonuncu pilləsi kimi
qiymətləndirirdi. Bu isə dialektikaya ziddir.
2.
Hegelin dialektik metodu inkişafın
hər yerdə olduğunu, onun
ümumi
xarakterini göstərir, onun fəlsəfi sistemi isə bunu inkar edir.
3.
Hegel dialektikası inkişafa hüdud qoymur; onun fəlsəfi sistemi isə istər
təfəkkürün, idrakın , istərsə də cəmiyyətin inkişafına həd qoyur. O, belə hesab
edirdi ki,
konstitusiyalı monarxiyanın bərqərar olması ilə Almaniya ən yüksək
inkişaf zirvəsinə çatıb. Onun fikrincə, Alrman dövləti ən mükəmməl siyasi
formadır, alman cəmiyyəti tarixi inkişafın tacıdır və bundan yüksəyə qalxmaq
mümkün deyildir".
Bütün
bunlara baxmay
araq Hegelin dialektikası bəşəriyyətin fəlsəfi fikir
tarixində irəliyə doğru atılan mühüm bir addım idi.
Dostları ilə paylaş: