FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolu


probleminin üçüncü aspekti bundan



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə66/132
tarix28.11.2023
ölçüsü1,62 Mb.
#169340
1   ...   62   63   64   65   66   67   68   69   ...   132
Fəlsəfə mühazirə

probleminin üçüncü aspekti bundan
ibarətdir ki, hər bir adam öz 
praktiki fəaliyyətində dünyanın vəhdətinin ilkin şərtini təşkil edən mövcudluğu 
qəbul edir. O həm də sadəcə olaq dünyanın var olması, daim mövcud olması 
haqqında deyil, həmçinin özlüyündə dünyanın bir
-
birindən fərqlənən cisimlərinin 
vəhdətində mövcud olması haqqında fikri də qəbul edir. İnsana dünyanın 
proseslərindən baş çıxarmağa imkan verən anlayışlar sistemində "varlıq" 
kateqoriyası və ona sinonim olan "gerçəkli" və "reallıq" anlayışları x
üsusi yer tutur. 
Ontologiyanın ən geniş anlayışı olan varlıq kateqoriyasının mahiyyətini dərk etmək 
və onu fəlsəfi kateqoriya kimi səciyyələndirmək üçün gerçəklik və reallıq 
anlayışlarına nəzər salmalıyıq. Ona görə ki, varlıq kateqoriyasının məzmunu məhz 
g
erçəklik və reallıq
anlayışları vasitəsilə açılıb konkretləşdirilir.
Gerçəklik
keçmişdə, indi mövcud olan və gələcəkdə mövcud olacaq bütün 
şeylərin, proseslərin, sistemlərin, hadisələrin, halların məcmusudur. Təbiətdə 
mövcud olan şeylər, hadisələr, proseslər, cəmiyyətdə insanların davranışları, 
dövlət sistemləri, şəxsi həyəcanları, fikirləri, ideyaları və s. gerçəkliyin ayrı
-
ayrı 


fraqmentləridir. Gerçəkliyə daxil olan hadisələrin sürəkliliyi olduqca müxtəlifdir: 
bə'ziləri uzun ömürlüdür, bə'ziləri isə ani baş verir. Buna görə də gerçəklikdə daim 
yeni-
yeni cisimlər və hadisələr meydana gəlir, qərarlaşır, mövcud olur, sonra isə 
yenilərinə çevrilirlər.
Gerçəklik anlayışına sinonim olan 
reallıq
 
anlayışıdır. Reallıq çox geniş olub 
obyektiv və subyektiv 
reallıqların cəmi, məcmusu kimi qəbul edilir. 
İnsan 
şüurundan kənarda mövcud olan gerçəklik obyektiv reallıq adlanır. Kvarklar

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin