Fənn: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Mövzu № Akademik kommunikasiyada nitq etiketləri Plan


Öyrənmək məqsədilə verilən suala cavab məqamında



Yüklə 24,98 Kb.
səhifə7/7
tarix08.06.2023
ölçüsü24,98 Kb.
#127078
növüQaydalar
1   2   3   4   5   6   7
Mövzu 9

Öyrənmək məqsədilə verilən suala cavab məqamında: Buyurun soruşun; Lütfən buyurun; Sizə məmnuniyyətlə cavab verməyə hazıram; Bu mənim üçün xoşdur; Bu mənim vəzifə borcumdur; Bu dəqiqə öyrənib sizə deyərəm; Bir dəqiqə gözləyin, öyrənim; cavabım sizi qane etdimi? Daha nəyi bilmək istəyirsiniz? Bağışlayın, bu barədə məlumatım yoxdur; Xeyr, tanımıram; Yaxşı tanımıram; Xeyr, bilmirəm və s.
19. Əzizləmə, yalvarış məqsədilə: Canım qurban; Baş üstə; Göz üstə yerin var; Qurban olum; Quzum; Sonam; Dilbərim; Gözünü yeyim; Ağrın alım; Başına dönüm və s.
20. Danışmağa başlamaq məqamında: İcazənizlə fikrimi bildirim; Mənə söz verdiyiniz üçün minnətdarlığımı bildirirəm; Məni dinlədiyiniz üçün təşəkkür edirəm və s.
21. Deyilənlərlə razılaşmaq, mübahisədən imtina etmək məqamında: Bu məsələyə hazır deyiləm; Sizin fikrinizə şərikəm; Məsələ mənə aydındır; bu barədə söhbət açmağa ehtiyac duymuram və s. 22. Məsləhət vermək məqamında: Bunları nəzərə alsanız yaxşı olar; Bu sizin xeyrinizədir; Bu sizə başucalığı gətirər; Çalışın müsahibinizi axıra qədər dinləyə biləsiniz və s. 23. Məsləhəti qəbul etmək məqamında: Dediklərinizlə razıyam; Bunlar mənim xeyrimədir; Faydalı məsləhətləriniz üçün çox sağ olun; Sizin bu xeyrxah məsləhətinizi heç vaxt unutmaram; Sizin təklifinizi qəbul edirəm; Çalışacağam ki, dediklərinizə əməl edim; Sizin üçün bu işi etməyə çox şad olardım və s 24. Telefonla danışanda: Zəng edəndə: Allo; Sabahınız (axşamınız, hərvaxtınız) xeyr olsun; Bağışlayın mən kiminlə danışıram? Sizi narahat edən Kamilədir; Bilmək istəyirəm... Fikrimi sizə çatdıra bildimmi? Çox sağ olun; Bağışlayın vaxtınızı aldım; Deyəsən sizi yordum; Təşəkkür edirəm; Minnətdaram; Zəngə cavab verəndə: Allo; Salam, eşidirəm sizi; Buyurun; Bağışlayın, zəng edən kimdir? Xoşdur; Bu saat çağıraram; Mütləq yetirərəm; Arxayın olun; Sağ olun və s.
25. Süfrə etiketləri: “Bismillah”, “Bərəkətli olsun”, “Allah bol eləsin”, “Afiyət olsun”, “Nuş olsun”, “Buyurun”, “Çox sağ olun”. Şübhəsiz, mədəni nitqin etiketləri dediklərimizlə məhdudlaşmır. Dilimiz bu baxımdan olduqca zəngindir. Yuxarıda deyilənlərə yekun olaraq qeyd etməliyik ki, insanın etik, əxlaqi baxışları qısa zaman daxilində yaranıb formalaşmır. Bu, uzun sürən bir proses olub, ömrün bütün dövrlərini əhatə edir. Xalqımızın təfəkkür tərzinə uyğun etik görüşlərini, danışıq etiketlərini özündə əks etdirən N.Tusinin “Əxlaqi-Nasiri” (XIII əsr), A.A.Bakıxanovun “Nəsihətnamə”, M.M.Nəvvabın“Nəsihətnamə”(XIX əsr),M.T.Sidqinin “Həkimanə sözlər”, M.S.Yusifzadənin “Ata-baba nəsihətləri” (XX əsrin əvvlləri) və başqa maarifpərvər yazıçı və ziyalıların neçə-neçə əsərində olduqca qiymətli fikirlərə, mülahizələrə rast gəlirik. Bunlar əsrlər boyu xalqdan toplanmış insanlıq normalarının, əxlaq qaydalarının yazıya alınmış nümunələridir. Uşaqlara ünsiyyət etiketlərini bir sistem halında mənimsətmək üçün onlarla öncə ailədə, sonra bağçada, daha sonra məktəbdə geniş söhbətlər aparmaq, etika qaydalarına riayət etməyi vərdiş halına salana qədər daim işləmək lazımdır. Uşaqlar ana dilimizi, onun qrammatik quruluşunu, fonetik, leksik, morfoloji və sintaktik normalarını mükəmməl mənimsəməklə ətrafındakıların kimlər olduğunu dəqiq bilməsələr də, kiçiklərlə öz yaşıdı, özündən böyüklərlə böyük kimi danışmağı, fikrinin ifaəsində söz və ifadələri uğurla seçməyi bacarmalıdırlar.
Ədəbiyyat

  1. Abdullayev N. Nitq mədəniyyyətinin əsasları, Bakı, “Elm və təhsil”, 2017.

  2. Babayev A. Azərbaycan dili və nitq mədəniyyəti. Bakı, “Elm və təhsil”, 2011

  3. Qurbanov A. Ümumi dilçilik. II cild. Bakı, “Elm”, 2011

  4. Qurbanov V. , Mustafayeva L., Əsgərova D. Nitq mədəniyyətinin əsasları. Bakı, “Müəllim” nəşriyyatı, 2014

5. Şiriyev F. Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika. Dərs vəsaiti. “Nurlan” nəşriyyatı. Bakı, 2014



Yüklə 24,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin