Fənn: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Mövzu № Akademik kommunikasiyada nitq etiketləri Plan



Yüklə 24,98 Kb.
səhifə5/7
tarix08.06.2023
ölçüsü24,98 Kb.
#127078
növüQaydalar
1   2   3   4   5   6   7
Mövzu 9

. Hal-əhval tutma:- Necəsiniz? Kefiniz (əhvalınız) necədir? Necə dolanırsınız? İşləriniz yaxşıdırmı? Özünüzü yaxşı hiss edirsiniz? Uşaqlar(ınız) necədir? Müəllimlər və valideyinlər uşaqlara öyrətməlidirlər ki, qocalara, xüsusən, xəstələrə baş çəkməyə gedəndə “Allaha şükür, yaxşısınız”, “Xəstəliyiniz yüngüldür”, Bu xəstəlik indi boş şeydir, qabaqkı dövrlərə baxmayın”, “İnşallah, iki-üç günə sağalarsınız-desinlər. Axır xəstəyə də “Siz tezliklə sağalacaqsınız” demək lazımdır. Bunların əvəzinə “ Nə yaman qocalmısınız !” “Niyə belə arıqlamısınız?” “Xəstə-zad deyilsiniz ki?” “Gözümə belə birtəhər dəyirsiniz, nə olub?”- kimi cümlələrlə həmin adamın qəlbini yaralamaq, ovqatını korlamaq işin xeyrinə deyil. Buna görə də həyatda hər bir şəxsə hörmət, dəyərindən artıq qayğıkeşlik göstərmək lazımdır.
7. Kömək etmək, qulluq göstərmək məqsədilə: İcazə verin kömək edim, Siz əziyyət çəkməyin, bunu mən edirəm, Qulluğunda olum, Sizə kömək etmək lazımdırmı, Köməyə ehtiyacınız varmı. Mən sizi eşidirəm, Cavab verməyə tələsməyin, bir qədər fikirləşin. Sizi narahat edən nədir, Nə buyurursunuz və s. 8. İş gördürmək, soruşmaq, üzrxahlıq etmək məqsədilə: İnciməyin, sizə zəhmət verəcəyəm; inciməzsinizsə; əgər mümkünsə; zəhmət olmasa; buyruq olmasın, vaxtınız varsa, imkanınız olsa; rica edirəm danışın, lütfən söyləyin, üzr istəyirəm, əvvəlcədən minnətdarlığımı bildirirəm və s. 9. Etiraz etmək, razılıq verməmək məqamında: Bu məni təmin etmir; etirazımı bildirirəm; etiraz edirəm; Sizin fikrinizlə şərik deyiləm, Mən başqa cür düşünürəm; bağışlayın bu məsələdə sizinlə razı deyiləm; Bu mənim xoşuma gəlmir; belə etməyin; Bu ürəyimcə deyil və s.
10.Təskinlik vermək, razı salmaq məqamında: Bir qədər ətraflı düşünün; Əsəbiləşməyin; darıxmayın; icazə verin danışım; İmkan verin fikrimi izah edim; Özünüzü ələ alın; Səbr edin; Bir qədər səbirli olun; Nə etmək olar, qismət belə imiş və s. 11. İntizama dəvət etmə, məzəmmət məqsədilə: Sizdən bu hərəkəti gözləməzdim; danışığınıza fikir verin, Nəzakətli olun; Çalışın ki, başqaları sizdən razı qalsın; Bir qədər səmimi olun; Səhvinizi etiraf etməkdən çəkinməyin; Adınıza yaraşan iş deyil; Siz adınıza layiq hərəkət etməlisiniz; Danışığınıza fikir verin və s. 12
Yüklə 24,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin