Görüşmə etiketi də vacib etiketlərdəndir, çünki bu məsələdə xeyli problemlər var və sayı da getdikcə artır ki azalmır. Kişi, ya oğlan olsun qadınla (ya qızla) görüşərkən birinci əl uzatmamalıdır. Qadın (və ya qız) əl uzadanda kişi (ya oğlan) çox nəzakətlə əl verməli və üzünə xoş təbəssüm qondurmalıdır. Salam! Necəsiz? Nə var, nə yox? - Bizə dair bir qulluq! və s. kimi ifadələrdən istifadə etməlidir. Əlbəttə ki, bu ifadələrdən istifadənin bir çox konteksual variantları da ola bilər. Bu da görüşənlərin yaşından, münasibətindən və s. asılıdır.
Sağollaşma. Yaşlılar “xudahafiz” sözünü, yeniyetmələr, gənclər salamat qalın!Sağ olun, sağlıqla qalın!- ifadələrini, ortayaşlılar isə ailədən gələn adət üzrə bu kəlamlardan birini seçirlər. Əgər sağollaşma mənzildə və ya birinin həyətində baş tutubsa, yola salan “xoş gəldin!” “xoş gəldiniz!” deyir. Axşamdan xeyli keçmiş gedən şəxs “Gecəniz xeyrə qalsın!, ev sahibi-yola salan isə “Xeyrə qarşı!” ifadəsini işlədir. Bu nitq etiketləri yalnız üzbəüz görüşənlərə deyil, eləcə də telefonla danışanlara da aiddir. 3. Üzrxahlıq söz və ifadələri: Bağışlayın; Üzr istəyirəm; Narahat etdiyimə görə üzr istəyirəm; Sizə zəhmət verdim; Allah sizdən razı qalsın (olsun)! Əvvəlcədən minnətdarlığımı bildirirəm və s. 4. Təşəkkür etmə: Təşəkkür edirəm; Təşəkkürlər! Hər şey üçün minnətdaram! Allah sizi (səni) bizə çox görməsin! Çox sağ olun! Diqqətinizə görə minnətdaram! Əziyyət çəkməyin! Qulluğunuzda olum (olaq); Əgər mümkünsə; Zəhmət olmasa; Çox şadam! Etiraz etmirəm! Bağışlayın, mən sizinlə razı deyiləm; Səbr edin; Bir qədər səbrli olun; Özünüzü ələ alın; Sizə zəhmət verdim; Əziyyət çəkdiniz; Yaxşı yol; İşiniz avand olsun! Buyurun soruşun; Mənim üçün xoşdur; Bağışlayın vaxtınızı aldım; Deyəsən sizi yordum! Və s. 5.Məmnun olmaq məqamında: Razıyam.Etiraz etmirəm. Sizinlə şərikəm; Xoşuma gəlir; Çox şadam; Minnətdaram; Məmnunuyyətlə; Xoşdur; Baş üstə; Göz üstə; Arxayın olun; Sizi unutmaram; Sizinlə işləmək mənim üçün böyük şərəfdir; Nə qədər bədənimdə canım var, sizin şəfqətinizi unutmayacağam; Allah köməyin olsun; Tanrı sənə yar olsun. 6