FəNN: makroiQTİsadiyyat


Əməyin süzgəcindən keçməmiş təbii ehtiyatlar cəmiyyətin təbii sərvətini təşkil edir



Yüklə 1,1 Mb.
səhifə19/105
tarix04.11.2022
ölçüsü1,1 Mb.
#67392
1   ...   15   16   17   18   19   20   21   22   ...   105
Makroiqtisadiyyat

Əməyin süzgəcindən keçməmiş təbii ehtiyatlar cəmiyyətin təbii sərvətini təşkil edir. Insanlar yerin təkindən faydalı qazıntıları çıxar­maqla təbii ehtiyatların azalmasına və son nəticədə tamamilə tükən­mə­sinə səbəb olur və onları bərpa etmək imkanına malik deyil­dirlər. Doğ­rudur, insanlar təbii sərvətlərin süni əvəzedicilərini yarada, bəzi­lərini bərpa edə, yaxud da yeni ehtiyatları, təbii yataqları kəşf edə bi­lərlər. Lakin onlar yeni faydalı qazıntı ehtiyatları yarada bilməzlər1.
Bəzi təbii ehtiyatların bərpa olunması müəyyən qə-dər xərc tələb edir və iqtisadi proseslərin – torpağın iqtisadi münbitliyinin yük­səlməsi, süni meşəliklərin salınması və s. – nəticəsi kimi meydana çıxır. Bu zaman həmin ehtiyatların iqtisadi təbiəti dəyişir, onlar təkcə iqtisadi münasibətlərin obyekti deyil, həm də onun nəticəsi olur, təbiətin insan­lara hazır halda verdiyi dövriyyə kapitalının ünsürü olmaqdan çıxır, əmək prosesinin nəticəsinə, məhsulun, insanların əmə-yi ilə yaradılan sərvətin bir hissəsinə çevrilir. Və deməli, bir tərəfdən istehsalın məh­su­lu, digər tərəfdən isə onun maddi ilkin şərti olur. Bir halda ki, belədir, onda sərvətlə məhsul arasındakı qarşılıqlı əlaqədə iki xətti ayırmaq lazımdır. Bunlardan biri "məhsul-sərvət", digəri isə "sərvət-məhsul" xət­tidir.
"Məhsul-sərvət" qarşılıqlı əlaqəsində sərvətin isteh-salı və təkrar istehsalı fəal rol oynayır. Məhsuldan sərvətə doğru gedən hərəkət xət­tində nəinki sərvətin istehlak olunmuş hissəsi ödənilir, o həm də ar­tırılır.
"Sərvət-məhsul" qarşılıqlı əlaqəsində isə sərvətin is­tehsal pro­sesinin maddi ilkin şərti, habelə istehsalda əməyin maddi - texniki baza­sı olması şərtinə əsaslanılır.
Nemətlərdə maddiləşmiş milli sərvətlərlə yanaşı, cəmiyyət həm də mənəvi sərvətlərə – elmi, təhsil, mədəni potensiala - malikdir.
Milli sərvətin maddi əsasını istehlak dəyərləri təşkil edir. Bun­dan başqa, elə şeylər də vardır ki, əməyin nəticələri olsalar da maddi for­mada mövcud deyildirlər. Lakin bunlara baxmayaraq onları da millətin sərvəti adlandırmaq olar. Əhalinin məharət dərəcəsi, intellektual səviy­yəsi, is­tehsal təcrübəsi və s. buna misal ola bilər.
Bu deyilənlərdən aydın olur ki, milli sərvət olduqca mürəkkəb iqtisadi quruluşa malikdir və müəyyən konkret tarixi şəraitdə onun kəmiyyətinin hesablanması çox vacibdir. Milli sərvətin tərkibi konkret olaraq aşağıdakı­lardan ibarətdir: iqtisadiyyatın bütün sahələrində olan əsas və dövriyyə kapi­talı, əmtəə kapitalı, pul kapitalı, dövlətin müxtəlif for­malar­da (maddi, sığorta, qızıl,ölkənin müdafi-əsinin təşkili üçün nəzərdə tutulan) olan ehtiyatları, təbii ehtiyatlar (torpaq, meşələr, faydalı qa­zıntılar, su ehtiyyat-ları və i.a.). Milli sərvət adətən dəyər ifadəsində he­sab­lanır. La­kin insan əmə­yinin məhsulu olmayan şeylərin qiymətlən­dirilməsi bir qədər ixtiyari olsa da, hər halda mümkündür. Başqa sözlə, riya­ziyyatda müxtəlif kəmiyyətlər xəyali oldu-ğu kimi, iqtisadi hesab­lamalarda da xəyali qiymətlərdən istifadə etmək olar.

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin