"Milli nişan" qarşılıqlı fəaliyyətdə olan müəyyənedi-cilər sistemini aşkara çıxarır, ölkələrin rəqabətdə malik olduqları üstünlüklərin reallaşdırılması üçün ya əlverişli, ya da əlverişsiz şərait yaradır.
Bəs, bu müəyyənedicilər hansılardır? Bunlara amillə-rin parametrləri3, firmaların strategiyaları, onların struk-turu və rəqabət; tələbin parametrləri, bir-birinə yaxın və bir-birinin inkişafı üçün şərait yaradan sahələrin mövcudluğu, təsadüfi hadisələrin baş verməsi və s. daxildir.
Amillərin parametrləri dedikdə ölkənin və onun iqtisadiyyatının ixrac üçün məhsul istehsal edən ayrı-ayrı aparıcı sahələrinin rəqabətdə üstünlüyünün təmin olunması üçün zəruri olan maddi və qeyri-maddi şəraitin yaradılması nəzərdə tutulur.
M.Porter istehsal amillərini ölkənin rəqabət qabiliy-yətinə (üstünlüyünə) təsiri baxımından nəzərdən keçirərkən ənənəvi amillərlə (əmək, torpaq, kapital, sahibkarlıq qabi-liyyəti) yanaşı, necə deyərlər "biliklərdən ibarət olan resurs-ları", yəni elmi, texniki və bazar informasiyalarını, poçt xidmətlərini, səhiyyə sistemini, əhalinin mənzillə təmin olunmasını və s. xüsusi qrupa ayırmışdır. Onun nəzəriyyə-sində amillərin ümumi (məsələn, avtomobil yolları şəbəkəsi, ali təhsilli işçi heyəti və i.a.) və ixtisaslaşdırılmış amillərə (məsələn, dar ixtisas sahibləri, müəyyən bilik sahələri üzrə məlumat bazarı və i.a.) bölünməsi də böyük əhəmiyyətə malikdir.
Rəqabətdə üstünlüyün təmin olunmasında ölkə daxi-lindəki rəqabət mühiti və firmaların strukturu az əhəmiyyət kəsb etmir. Başqa sözlə, ölkə daxilində rəqabət mühiti yara-dılmamışdırsa və firmalar bir-biriləri ilə raqabət aparmırlar-sa, onların strategiyası rəqabət şəraitinə uyğunlaşdırılma-mışdırsa, onda xarici bazarda bu firmalar rəqabətdə üstün-lük qazana bilməzlər.
Tələbin parametrləri dedikdə, hər şeydən əvvəl onun həcmi, inkişaf dinamikası, məhsul növləri üzrə diferensial-laşdırılması nəzərdə tutulur. Inkişaf etmiş tələb şəraitində yeni mallar dünya bazarına çıxana qədər məhz daxili bazarda "özünütəsdiqdən" keçməlidir. Ixrac üçün məhsul istehsal edən firmaları zəruri material, yarımfabrikat, komplektləşdirici məmulatlar və digər maddi vəsaitlər və informasiya ilə təmin edən yüksək dərəcədə inkişaf etmiş, bir-birinə yaxın olan sahələrin möv-cud olması da dünya ticarətində üstünlüyə malik olmağın başlıca şərtləridir.