Belə raundlardan biri 1986-cı ildə Uruqvayda start götürmüşdü. Yeddi il (1993-cü ilə qədər) davam edən bu raund dekabrın 15-də başa çatmışdır. Uruqvay raundunun bu qədər uzanmasının əsas səbəbi razılaşdırılması nəzərdə tutulan məsələlərin çoxluğu, istiqamətlərin çoxplanlılığı olmuşdur. Belə ki, gündəliyə yüzlərlə, minlərlə əmtəə növü ilə yanaşı, bank əməliyyatları və xidmətlərinə, geniş çeşiddə kənd təsərrüfatı məhsullarına, video və "səsli" məhsullara, intellektual mülkiyyətə və s. görə məhdudiyyətlərin azaldıl-ması, yaxud da onların tamamilə ləğv olunması kimi məsə-lələr daxil edilmişdi. Məsələlərin müzakirəsinin gedişində, danışıqlarda çox vaxt kəskin diskussiyalar, hətta mübahisələr yaranması müşahidə olunmuşdur.
Daha çox mübahisə doğuran sahə kənd təsərrüfatı olmuşdur. Burada əsas etibarilə ABŞ-la Avropa ölkələrinin mənafeləri toqquşmuşdur. Avropalıların, xüsusilə Fransa-nın ciddi səyləri nəticəsində kino və teleməhsullar, kassetlər müzakirələrdən çıxarılmışdır. Bu addım Avropa bazarların-dakı həmin məhsulların 80%-ə qədərinin ABŞ-ın istehsalı olması ilə əlaqədar olmuşdur.
Ümumiyyətlə, danışıqlardakı çətinliklərə baxmaya-raq bütün tərəflər 1995-ci il yanvarın 1-dən öz aralarında ticarət əlaqələrində gömrük rüsumunun 40-50%-ə qədər azaldılması haqqında razılığa gəlmişlər.
QATT-ın üzvü olan ölkələrdə ticarət əməliyyatlarının ümumi məbləği 4000 mlrd. dollar həddindədir. Uruqvay raundunun müvəffəqiyyətlə başa çatması həmin ölkələrdə ticarətin daha sürətli inkişafına təkan vermişdir. Bununla belə, mütəxəssislərin fikrincə, son nəticədə inkişaf etməkdə olan ölkələrə nisbətən inkişaf etmiş ölkələr daha çox qazanırlar. Belə ki, sonuncular həmin ölkələrin bazarlarını «zəbt etmək» imkanı əldə edirlər. Uruqvay raundunda qəbul edilmiş qərara uyğun olaraq 1995-ci il yanvarın 1-dən QATT ümumdünya ticarət təşkilatına (ÜTT) çevrilmişdir. Iqtisadi əməkdaşlıq və inkişaf təşkilatı tərəfindən aparılmış hesablamalar göstərir ki, 2002-ci ildə bu təşkilat hesabına dünya gəlirlərinin artımı təqribən 270 milyard dol-lar (1991-ci ilin qiymətləri ilə) təşkil etmişdir Avropa birli-yinin payı 71 mlrd. dollar məbləğində qiymətləndirilir ki, bu da həmin regionun ümumi daxili məhsulun 1,7%-ə bərabərdir.