Valyuta ticarətinin bu formada təşkilinə banklararası valyuta bazarı deyilir. Valyuta əməliyyatlarının böyük əksəriyyəti nəqd olmayan formada, yəni cari və müddətli bank hesablarında müvafiq qeydlər edilməklə aparılır, çox az bir hissəsi isə nəqd pul mübadiləsinin payına düşür. Bəzi ölkələrdə banklararası bazarın bir hissəsi valyuta birjası şəklində təşkil olunur.
Müasir kommunikasiya vasitələri bütün gün ərzində (bazar günlərindən başqa) valyuta əməliyyatlarını aparma-ğa imkan verir. Məsələn, bütün dünyada geniş filiallar şəbəkəsinə malik olan Qərbi Avropa bankı günün istənilən vaxtı Sinqapurda, Frankfurtda, San-Fransiskoda, Ankara-da, Nyu-Yorkda dolların alverini edə bilər. Göründüyü kimi, müasir dövrdə milli valyuta bazarları bir-biri ilə sıx tellərlə bağlı olmaqla, dünya valyuta bazarının tərkib hissəsidirlər.
Bir ölkənin pul vahidinin başqa bir ölkənin pul vahidində ifadə olunan qiymətinə valyuta məzənnəsi deyilir. Milli pul vahidi məzənnəsinin xarici pul vahidinin məzən-nəsində təsbit olunması isə valyuta qiyməti adlanır. Bu zaman milli pul vahidinin məzənnəsi ya birbaşa qiymət təyinetmə (xarici valyutanın 1, 10, 100 vahidi = milli valyutanın "X" vahidinə), yaxud da əks qiymət təyinetmə (milli valyutanın 1, 10, 100 vahidi = xarici valyutanın "X" vahidinə) formasında müəyyən edilə bilər. Ölkələrin əksəriyyətində milli valyutaların məzənnələrini müəyyən edərkən birbaşa qiymət təyinetmədən, Böyük Britaniyada əks qiymət təyinetmədən, ABŞ-da isə hər ikisindən istifadə olunur.
Valyuta bazarının peşəkar iştirakçıları üçün "valyuta məzənnəsi" anlayışı demək olar ki, yoxdur. Onlar buna alıcı və satıcı məzənnələri deyirlər. Alıcı məzənnəsi milli valyuta ilə xarici valyutanın satın alındığı, satıcı məzənnəsi isə xarici valyutanın milli valyutaya satıldığı məzənnədir. Məsələn, 1 Ingiltərə funt sterlinqinin 1,5655/75 ABŞ dollarına bərabər olması o deməkdir ki, ABŞ-ın kommersiya bankı bir funt sterlinqi 1.5655 ABŞ dollarına satın almağı və 1.5675 dol-lara satmağı qarşısına məqsəd qoymuşdur. Deməli, birbaşa qiymət təyinetmədə satıcı məzənnəsi alıcı məzənnəsindən daha yüksəkdir.