FəNN: makroiQTİsadiyyat


Satıcı məzənnəsi ilə alıcı məzənnəsi arasındakı fərqə marj deyi­lir



Yüklə 1,1 Mb.
səhifə95/105
tarix04.11.2022
ölçüsü1,1 Mb.
#67392
1   ...   91   92   93   94   95   96   97   98   ...   105
Makroiqtisadiyyat

Satıcı məzənnəsi ilə alıcı məzənnəsi arasındakı fərqə marj deyi­lir. Bu fərq bankın valyuta əməliyyatlarının aparıl-ması ilə əlaqədar xərc­lərini ödəyir və onun mənfəətinin formalaşmasında iştirak edir. Valyuta məzənnələri mübadi-lə obyekti olan tədiyə sənədlərinin növ­ləri­nə görə də fərq-lənir. Bununla əlaqədar olaraq teleqraf baratlarının, çek­lərin, banknotların xüsusi məzənnələri vardır.
"Kross-məzənnə" anlayışı da mövcuddur. Bu, sövdə-ləşmədə iş­ti­­rak edən tərəflərdən heç birinə məxsus olmayan iki xarici valyuta ara­sında qiymətin təyin edilməsi demək-dir. Məsələn, əgər Azərbaycan Mil­li bankı ABŞ dollarının Yapon yeninə olan məzənnəsini müəyyən edir­sə, bu kross-məzənnə adlanır. Müxtəlif milli valyuta bazarlarında kross-məzənnələr arasında fərq ola bilər. Kross-məzənnələr haq-qında 34.1. cədvəlinin məlumatlarına əsasən daha aydın təsəvvür əldə etmək olar.
Cədvəl 34.1.
Əsas valyutaların kross-məzənnələri (24.03.2001)

Valyutanın adı

USD

GBP

CHF

100 JPY

CAD

AUD

EUR

NZD

DKK

SEK

Isveç kronu (SEK)

110.31

114.69

55.9895

88.4068

66.5874

55.1157

99.1725

44.2860

11.2289



Danimarka kronu (DKK)

88.3867

111.95

44.8737

88.4068

55.3603

44.1627

77.4637

33.4876



00.8137

Y.Zelandiya dolları (ZD)

22.4047

33.4266

11.3974

11.9614

11.5070

11.1936

22.1401



00.2867

00.2333

Avro (EUR)

11.1237

11.6012

00.6530

00.9165

00.7182

00.5577



00.4673

00.1340

00.1090

Avstraliya dolları (AUD)

22.0147

22.8709

11.1708

11.6433

11.2877



11.7930

00.8378

00.2402

00.1955

Kanada dolları (CAD)

11.5646

22.2295

00.9098

11.2762



00.7766

11.3924

00.6506

00.1866

00.1518

Yaponiya yeni (JPY)

1122.60

1174.70

771.25



778.36

660.85

1109.11

550.98

114.62

111.90

Isveçrə frankı (CHF)

11.7208

22.4521



11.4036

11.0998

00.8541

11.5314

00.7156

00.2052

00.1670

Ingiltərə funtu (GBP)

00.7018



00.4078

00.5724

00.4485

00.3483

00.6246

00.2918

00.0837

00.0681

ABŞ dolları (USD)



11.4250

00.5811

00.8157

00.6391

00.4964

00.8900

00.4159

00.1192

00.0970

Nəhayət, valyuta məzənnələri sövdələşmələrin növün-dən asılı olaraq fərqləndirilir. Bunlardan biri nəqd sövdələş-mələr, digəri isə müd­dətli sövdələşmələr üzrə məzənnədir. Nəqd sövdələşmə üzrə məzənnə o deməkdir ki, valyuta dərhal, iki iş günü ərzində göndərilir. Müddətli sövdələş-mələrdə isə valyutanın göndərilməsi müəyyən olun­muş vaxt-da həyata keçirilir.


Nəqd və müddətli sövdələşmələr valyuta məzənnə-lərinin dina­mi­kasını müəyyən edən əsas amillər olduqlarına görə onları bir qədər ətraflı nəzərdən keçirək.
Valyuta bazarları üçün nəqd sövdələşmələr həlle-dicidir. Çünki ticarət və qeyri-ticarət əməliyyatları onun əsasında aparılır. Müddətli sövdələşmələr üzrə məzənnə isə iştirakçılar tərəfindən müəyyən edilir və konkret tarixdə həyata keçirilir. Məsələn, tutaq ki, Nyu-Yorkda 2006-cı il sentyabrın 1-ə nəqd sövdələşmələr üzrə bir Ingiltərə funtunun mə­zənnəsi 1.5675, müddətli sövdələşmələr üzrə isə (2006-cı il dekabr ayının birinə) 1.5715 ABŞ dollarına bərabərdir. Bu o deməkdir ki, Amerika bankı 1 Ingiltərə funtunu dərhal 1.5675, dekabrın birində isə 1.5715 ABŞ dollarına satmağı qarşısına məqsəd qoymuşdur. Deməli, dekabrın 1-dək bankın sərəncamında nəqd dolların olması vacib deyil­dir. Əsas məsələ ondan ibarətdir ki, bank dekabrın 1-də 1 ABŞ dolları ilə 1 Ingil­tərə funtu arasındakı məzənnədən asılı olmayaraq müştəriyə onu sent­yabrın 1-də müəyyən olunmuş məzənnə ilə satmalıdır. Belə­lik­lə, müd­dət­li sövdələşmələr üzrə 3 ay qabaqcadan müəyyən edilmiş mə­zən­nəni, müddət başa çatan zaman mövcud olan məzən-nə ilə qarış­dır­maq olmaz.
Valyuta bazarlarının iştirakçıları əməliyyatları ya xalis möh­tə­kirlik, yaxud da valyuta risklərini sığortalamaq məqsədilə həyata keçi­rirlər. Həm də qeyd etmək lazımdır ki, riskləri sığortalayanlarla, möh­tə­kirlik edənlər bir-birinə zidd olan tərəflərdir.
Məzənnələrin dəyişməsi ilə əlaqədar olan valyuta risklərinin sı­ğortalanması hər hansı bir valyuta ilə nə xalis aktivlərin, nə də xalis passivlərin olmasına yol verilməmə-sinə yönəldilən fəaliyyət deməkdir. Ma­liy­yə dairələrində bunu "xarici valyutanın açıq vəziyyətinin ləğv edil­­məsi" kimi də səciyyələndirirlər.
Açıq vəziyyətin isə iki növü vardır: 1) Uzun müddətli dövrdə və­ziy­yət (xarici valyutada netto – aktivlər); 2) Qısa müddətli dövrdə və­ziy­yət (netto – passivlər). Birinci halda tələb təəhhüddən, ikinci halda isə ək­sinə, təəhhüd tələbdən çox olur.
Sığortalama normal əməliyyatdır. Çünki xarici tica-rət müqa­viləsinin qüvvədə olduğu müddətdə əmtəə ixracı və idxalı sahəsində val­yuta itkisinə məruz qalmaqdansa, hər hansı bir məzənnəyə əsaslanmaq, onu bilmək daha vacibdir. Bunu yaxşı başa düşmək üçün aşağıdakı mi­sa­lı nəzərdən keçirək. Tutaq ki, Ingiltərədən əmtəəni idxal edən ame­rikalı sahibkar müqavilənin şərtinə görə 3 aydan sonra 1650000 ABŞ dolları ödəməlidir. Ingiltərə funtunun ABŞ dollarına olan cari məzən­nəsi 1 GBP=1.6500 dollardırsa deməli, bu məbləğ 1.000.000 funt ster­linqə bərabərdir. Lakin tədiyə müd­dətində ABŞ dollarının Ingiltərə fun­tuna olan məzənnəsi 1.5000 bərabər olarsa, onda amerikalı sa­hib­kar 1.100.000 funt sterlinq, başqa sözlə, müqavilə bağlanan vaxt nəzər­də tutulduğundan 10% çox ödəməli olacaqdır. Odur ki, bu riskə məruz qalmamaq üçün amerikalı sahibkar ya müqavilə bağlanan zaman nəqd sövdələşmə üzrə valyuta bazarında mövcud məzənnə ilə həmin məb­ləğ­də ABŞ dolları satın alıb onu Amerika bankında de­pozitə qoy­ma­lı, yaxud da müddətli sövdə­ləş­mələr bazarında üç ay müddətinə 1.650.000 məbləğində ABŞ dolları satın alıb, onu Ingiltərə bankında depozitdə saxlamalıdır. Beləliklə, amerikalı sahib-kar yaxşı bilir ki, hər iki variantda üç aydan sonra onun əlində ABŞ dolları ilə müəyyən məb­ləğdə pul olacaqdır.
Valyuta bazarlarında möhtəkirlik etmək sözün geniş məna­sında "uzun" və ya "qısa" dövrlərdə xarici valyutanın vəziyyətinin aşka­ra çıxarılması deməkdir. Bu zaman valyuta bazarında iştirakçıların fəa­liyyəti məzənnənin gələcək dinamikası əsas götürülməklə, şüurlu surətdə müəyyən edilir və qarşıya qoyulan məqsəd əlavə mənfəət əldə etməkdən ibarət olur.
Xarici valyuta ilə möhtəkirlik məqsədilə aparılan əməliy­yat­ların səmərəliliyi bir tərəfdən milli valyuta, digər tərəfdən isə xarici valyuta ilə depozitlər üzrə faiz dərəcələri arasındakı ən yüksək fərqin azaldılmasından asılıdır. Aydın olsun deyə, belə bir misalı nəzərdən ke­çirək. Tutaq ki, üç aylıq depozit üzrə (il üzrə hesablamaya çevrilməklə) faiz dərəcəsi Ingiltərədə 4%-ə, ABŞ-da isə 6%-ə bərabərdir. Ingiltərəli möhtəkir 1.000.000 funt sterlinq məbləğində pulu Ingiltərədə depozitə qoymaqla üç aydan sonra 1.010.000 funt sterlinq, yaxud da bir funt sterlinqin 1.6500 ABŞ dollarına bərabər olduğu məzənnə ilə həmin pula ABŞ dolları satın alıb onu ABŞ-da depozitə qoymaqla üç aydan sonra 1.674.750 dolların sahibi olur. Əgər üç ay ərzində funt sterlinqlə dollar arasındakı məzənnə dəyişməz qalarsa onda sahibkar üçün ikinci vari­ant daha sərfəli və məqsədəuyğundur. Çünki bu variant, birinci vari­anta nisbətən 5000 funt sterlinq (1.674.750 $ : 1.6500 $ / GBP = 1015000GBP) çox mənfəət əldə etməyə imkan verir.
Əgər üç ay ərzində funt sterlinqin məzənnəsi 1.5000 dollara qədər aşağı düşərsə, onda ABŞ dollarının satın alın-ması ilə əlaqədar əməliyyat daha çox – 106500 GBP mənfəət əldə etməyə (1.674.750 $ : 1.5000 $/GBP = 1010000GBP) imkan verir. Əksinə olduqda isə bu əməliyyat ciddi itkilərə gətirib çıxara bilər.

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin