Təsnifatdan göründüyü kimi, tədiyə balansı üç böyük bölmədən ibarətdir. Bunlar cari əməliyyatlar hesabı (və ya balansı), kapital əməliyyatları hesabı (və ya balansı) və rəsmi beynəlxalq ehtiyatlar üzrə hesablaşmaları əks etdirən bölmələrdir. Öz növbəsində bu bölmələrə alt bölmələr və maddələr daxildir.
Tədiyə balansının birinci bölməsi əmtəə və xidmət-lərin, habelə birtərəfli və birdəfəlik tədiyələrin mübadiləsi prosesini özündə əks etdirir. Balans, xarici ticarətə – əm-təələrin ixracı və idxalı – yekun vurulması ilə başlanır. Tədiyə balansınının əmtəələrin idxalı və ixracını əks etdirən hissəsi ölkənin ticarət balansını əmələ gətirir. Ticarət balansı tədiyə balansının daha çox dərc olunan hissəsidir. Bu, onunla əlaqədardır ki, ölkədən ixrac olunan, yaxud ölkəyə idxal edilən əmtəələr haqqında məlumatları toplamaq bir o qədər də çətin və mürəkkəb deyildir.
Ticarət balansının qalığını müəyyən etmək üçün ix-rac olunan əmtəələrin dəyərindən idxal olunan əmtəələrin dəyərini çıxmaq lazımdır. Ixrac idxaldan çox olduqda ba-lans aktiv, əksinə olduqda isə passiv hesab edilir. Ticarət balansının aktiv və ya passiv olması haqqın-da məlumatlara əsasən ölkənin xarici tiracətinin vəziyyəti barədə qəti nəticə çıxarmaq düzgün olmazdı. Əgər başqa ölkələrə, əmtəə ixracı bu ölkənin məhsullarına olan tələbin azalması hesabına azalırsa bu, çox pis əlamətdir. Yox, əgər ölkənin tiracət balansının passiv olması idxal olunan inves-tisiya əmtəələrinin artması və bununla da daxili investisiya-ların çoxalması nəticəsində əmələ gəlirsə, bu, iqtisadiyyat-dakı vəziyyətin mənfi qiymətləndirilməsinə əsas vermir. Başqa sözlə, tədiyə balansının və onun ayrı-ayrı bölmələri-nin aktiv və ya passiv olmasını bu vəziyyətə gətirib çıxaran səbəbləri hərtərəfli təhlil etdikdə düzgün nəticə çıxarmaq mümkün olur.
Ölkənin tiracət balansının aktiv olması da vəziyyətin nikbin qiymətləndirilməsi üçün əsas ola bilməz. Ola bilər ki, doğrudan da müsbət qalıq ixracın artması və idxalın azalması hesabına olsun. Lakin burada qiymətlərin təsiri də nəzərə alınmalıdır. Birinci bölmədə əmtəələrin tiracəti ilə yanaşı, xidmətlərin tiracəti də öz əksini tapır. Başqa sözlə, obrazlı ifadə ilə desək, balansda görünən maddələrlə yanaşı, görünməyən maddələr də vardır. Həm də dünya əmtəə dövriyyəsində xidmətlərin xüsusi çəkisi artdığına görə o, daha böyük əhəmiyyət kəsb edir. "Xidmətlər" maddəsindəki gəlir və xərclər turizm, teleradio-kommunikasiya işləri, hər-bi bazaların, xarici nümayəndəliklərin saxlanması, xüsusi qeyri-kommersiya əməliyyatlarının (məsələn, qohumların bir-birilərinə pul göndərmələri, vərəsəlik və s.) əlaqədardır. Bu bölmədə nəqliyyat, sığorta və digər qeyri-əmtəə tədiyə-ləri ilə bağlı olan ödəmə və daxilolmalar da əks etdirilir. Bunlara humanitar yardımları (verilən və alınan), habelə subsidiyaları misal göstərmək olar.