Oyanıqlı (epileptoid) tip. Bu tip psixopatlar məktəbəqədər yaş dövründən başlayaraq bir sıra
xüsusiyyətləri ilə fərqlənirlər. onlar tez əsəbiləşən, aqressiv, sözə baxmayan və tərs olmaları ilə diqqəti
cəlb edirlər. Tutma zamanı belə psixopatlar bəzən amansız və gərgin olduqlarından kobud hərəkətlər
edir. şikarına işkəncə verirlər. Bu cəhətlə tez bir zamanda dəyişə bilir və həmin şəxs ictimai təhlükəli
hərəkətlər etməyə qabil olur.
Affektiv tip. Bu tip psixopatların başlıca xüsusiyyətləri əhvali-ruhiyyələrin tez-tez dəyişməsidir.
Bu tipə mənsub olan adamlar adi həyatda sakit, həmişə bikef görünən. ləng hərəkətli adamlar olub eyni
zamanda öz vəzifə borclarını vicdanla yerinə yetirən, buna görə də hamının hörmət bəslədiyi şəxslərdir.
Ġsterik tip. Öz fəaliyyəti ilə hamının diqqətini cəlb etməyə çalışan, hadisələrin gedişində aparıcı
rol oynamağa can atan, bu məqsədlə müxtəlif hərəkətlər nümayiş etdirən şəxslər olub çox tez
tanınlırlar. Emosional cəhətcə zəngin görünmək üçün canfəşanlıq etmələrinə baxmayaraq, isteroid
psixopatlar mənaviyyatca heç də zəngin olmayan. başqalarının iztirabına biganə qalmağı bacaran
şəxslərdir. Onlara diqqət yetirmədikdə tez bir zaman əhval-ruhiyyələri dəyişir. əsəbləşir. çəkişmə.
mübahisə, bəzən isə dava-dalaş mənbəyinə çevrilirlər.
Davamsız tip. Bu tipə mənsub psixopatları bir sıra xarakterioloji xüsusiyyətlərinə. məsələn,
dözümsüz olmaları, cüzi bir səbəbdən əsəbləşmələri, diqqətlərinin davamsızlığı. ərköyün və dəcəl
olmalarına görə uşaq yaşlarından fərqləndirmək mümkündür. Başqalarına tez inanan və etibar edən
belə şəxslər hamı ilə yoldaşlıq etməyə. hər bir toplanış və məclislərin iştirakçısı olmağa çalışır.
liderliyə can atırlar. lakin iradələrinin zəifliyi tez zamanda onların yumşaq xasiyyət və
təşəbbüsçülüyünü biruzə verir, etimad göstərilməsi şəxs olmadıqlarını aşkar edir.
Mozaik tip. Bu və ya digər psixopatik xüsusiyyətlərə malik şəxslərdə başlıca xasiyyət
anomaliyasını təyin etmək mümkün olmadıqda mozaik psixopatiya terminindən istifadə edilior.
Mozaik tip psixopatiya dinamiki dəyişiklərə daha asan məruz qalan. tez-tez kəskinləşmə verən,
polimorf xüsusiyyətləri ilə fərqlənən formadır.
Differensial diaqnozu. Nevrozlardan fərqli olaraq psixopatlarda öz xəstəliyini hiss etmək,
müxtəlif şikayətlərlə tez-tez həkimə müraciət etmək olmur. Psixopatlar özlərində tədsadüf edən
patoloji əlamətlərə, demək olar ki. əhəmiyyət vermir və onlarla mübarizə aparmaq təşəbbüsü də
göstərmirlər. Psixopatiyalarda nevrozlar üçün xarakterik olan vegetativ və somatik əlamətlər ya rast
gəlinmir, ya da çox zəif istifadə edilir.
Etiolopatogenezi. Birincilərə sırf irsi amillərlə yanaşı ana bətnində və ya doğuş zamanı (bəzən
doğuşdan sonrakı körpəlik çağında) baş verən travmalar, infeksiyalar, intoksikasiyalar nəticəsində
meydana çıxan psixopatiyalar aid edilir. Qazanılma psixopatiyalar isə müxtəlif xarici. ilk növbədə,
ictimai amillərin (tərbiyənin düzgün olmaması, ağır məişət. iş şəraiti və s. ) təsiri nəticəsində yaranır.
Müalicə və profilaktikası. Psixofarmakoloji praparatlar kəskin və uzun sürən fazalar dövründə
tətbiq edilməlidir. Bu məqsədlə daha çox trankvlizatorlar (trioksazin, meprobomat, tazepam, rudotel və
s.) işlədilir. Neyroleptikləedən isə (sonopaks, neuleptil, xlorprotiksen, frenalon və i.a) daha kəskin
hallarda istifadə edilir. Psixotik epizodlarda cərəyan edən təsadüflərdə aminazin, haloperidol. trisedil
və s. preparatlar tətbiq edilə bilər. Astenik halların üstünlük təşkil etdiyi vəziyyət olarsa, sindokarb,
nootropil, vitaminlər, biostimuləedici preparatlar (fibs. aloe, plazmol, insulin və i. a.) məsləhət görülür.
ġəxsiyyətin dəyiĢmə sindromları
İnsan yalnız bioloji deyil, eyni zamanda ictimai varlıqdır. Sonuncu, yəni insanın ictimai varlıq
olması psixoloji baxımdan daha böyük əhəmiyyət kəsb edir. İnsanı əhatə edən ictimai mühit, onun
cəmiyyətdəki fəaliyyəti olmasaydı, şəxsiyyət anlayışı danılmazdı.
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
119
Azyaşlı uşağa və ya ağır ruhi xəstəlik keçirən adama yəqin ki, tam mənada şəxsiyyət kimi
yanaşmaq mümükün deyil. Burada daha çox fərd, insan anlayışından danışmaq olar. Gərgin həyat
fəaliyyəti ilə məşğul olaraq ciddi ictimai, iqtisadi, mənəvi və i. a. proseslərdə fəal iştirak etmiş şəxslə,
hələ cavan, ancaq öz təhsilini artıran və ya müəyyən peşə vədrişlərini öyrənən adam arasında nə qədər
fərq olduğunu dərk etmək o qədər də çətin deyil. Birinci həyati problemləri həll etməkdə iştirak etmiş,
yəni öz işi ilə müəyyən mövqe qazanmış şəxsdir. İkinci isə bu proseslərin həllinin başlanğıcındadır.
Həyatda başqaları üçün əhəmiyyət kəsb edən bir fəaliyyətdə məşğul olmayıb, çünki hələ gəncdir. O,
özünü bu fəaliyyətə hazırlamalıdır. Şəxsiyyətin üç əsas psixoloji cəhətləri aşağıdakılardır:
1) ġəxsiyyətin durumu anadangəlmə və qazanılma xüsusiyyətlərinin vəhdəti nəticəsində
formalaşan stabil xüsusiyyətlərdir. Bu, fərdin fəaliyyətinin bütün anlarında görünür. Əsas psixoloji
xüsusiyyətlərə söykənən bu cəhət dəyişmir və onu tanıyanlar üçün əsas ictimai psixoloji meyardır.
2) ġəxsiyyətin bütövlüyü. Bir qaydada olaraq insan çoxlu miqdarda fəaliyyətlə məşğul olur.
Müxtəlif insanlarla təmasda olur və s. Bu prosesdə o. dəyişməz olaraq qalmır, şəraitə uyğun hərəkət
edir. Lakin öz vərdişlərini pozmur. Məsələn. ictimai marağı vacib sayan şəxs heç vaxt öz şəxsi
mənafeyi xatirinə hərəkət etmir və ya əksinə, şəxsiyyətin strukturasında öz mənafeyini güdmək
üstünlük təşkil edirsə, o. heç vaxt başqa cür hərəkət edə bilmir.
3) ġəxsiyyətin fəallığı. Hər bir şəxs bütün fəaliyyətini ictimai mühitdə layiq ola biləcəyi
səviyyəyə can atdırmağa can atır. Bunun üçün o. müxtəlif işlər görür, hazırlıq keçir, nəyi isə
mənimsəyir, kimləsə əlaqə yaradır və i. a. Son nəticədə öz şəxsi durumunun tələblərinə uyğun
səviyyəyə çatır. Fərdin fəallığı şəxsiyyətin ən başlıca, aparıcı qüvvəsidir. Bu olmadan şəxsiyyətin
məzmunu üzə çıxa bilməz. Deməli, iradi keyfiyyətlər şəxsiyyətin ən güclü cəhəti olmaqla, insanın öz
məqsədinə nail olmasında. başqa sözlə onun şəxsiyyət kimi formalaşmasında başlıca rol oynayır.
Unutmaq lazım deyil ki. şəxsiyyət dedikdə ilk növbədə ictimai məzmun kəsb edən tarixi inkişafın
məhsulu olan konkret adam nəzərdə tutulur. Hər bir şəxsiyyətin özünəməxsus təfəkkürü, xasiyyəti. iş
görmə qabiliyyəti. cəmiyyətdə. o cümlədən dostları. iş yoldaşları yanında fərdi. təkrarolunmaz
xüsusiyyətləri vardır. Şəxsiyyətin formalaşması ictimai mühitdə, yəni təhsil, əmək fəaliyyəti, mədəni
səviyyəsinin inkişafı proseslərində baş verir. Aşağıdakı qeyd olunan sindromlar müxtəlif xəstəliklər
zamanı şəxsiyyətin geriyə inkişafının ağırlığı dərəcəsinə görə təqdim edilir.
1. ġəxsiyyətin ixtilafı (disharmoniyası) psixi xəstəlik nəticəsində meydana çıxan şizoid tipli
pozuntulardan ibarət əlamətlərlə təzahür edir. Emosional reaksiyaların. davranışın, hərəkətlərin
məqsədyönlü olmaması, şəxsin cəmiyyətin tələbinə cavab verməyən təfəkkür və fəaliyyəti. yaxın
adamlara, iş yoldaşlarına münasibətin, həssaslığın pozulması kimi əlamətlərlə xarakterizə olunur.
2. Psixi enerji potensialının enməsi. İntellektual aktivliyin və əmək qabliyyətinin enməsi,
əvvəllər həmin şəxsə məxsus olan bacarıq və işgüzarlığın kəskin azalması ilə xarakterizə olunur.
Yuxarıda təsvir olunan sindrom kimi bu da şizofreniya xəstəliyində təsadüf edilir. Tədricən
dərinləşərək şəxsiyyətin enməsi sindromu ilə əvəz olunur.
3. ġəxsiyyətin geriyə inkiĢafı (Deqradasiyası). Bəzi psixi xəstəliklər zamanı meydana çıxan
bu sindromun müxtəlif klinik variantları vardır. Bir sıra hallarda laqeydlik, emosional kövrəklik, özünə
tənqidi yanaşmamaq, intim münasibətlərdə utancaqlıq hissinin itməsi ilə özünü biruzə verir. Bəzən
səbəbsiz əsəbiləşmək, qara-qışqırıq salmaq, ətrafdakı adamlara, ailə üzvlərinə qarşı kobudluq etmək
kimi əlamətlər nəzərə çarpır. Alkoqolizmlə əlaqədar meydana çıxan şəxsiyyətin enməsi sindromu
özünəməxsus spesifik əlamətlərlə diqqəti cəlb edir. Belə şəxslər mənasız zarafatlar edir, məsuliyyət
hissini itirir, yalan danışır, evinin əşyalarını oğurlayaraq hansı qiymətə olursa olsun satır və s.
Şəxsiyyətin enməsinin bütün variantları üçün ali hisslərin, marağın, əmək qabiliyyətinin və özünə
tənqidin azalması əsas əlamətdir.
4. ġəxsiyyətin tənəzzülü marazm. Bir sıra psixi xəstəliklərin son mərhələsini təşkil edən
kobud, neqativ əlamətlərdən olub şəxsi keyfiyyətlərin əsaslı olaraq pozulmasıdır. Bu zaman xəstələrin
bütün maraqları sönür, insani keyfiyyətləri instinktiv təlabatlarla əvəz olunur. Xəstə hər nə gəldi yeyir,
doymaq bilmir. Utancaqlıq hissi olmur, seksual təlabat etik normalardan kənara çıxır, xəstə ən adi
gigiyenik qaydalara əməl etmir. Tədricən ağır fiziki çatışmamazlıqlar: bədən çəkisinin azalması, trofik
yaralar və s. bu kimi pozuntular meydana çıxır.
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
120
TƏCRÜBĠ-MƏġĞƏLƏ
MÖVZU 1
SĠNĠR SĠSTEMĠ XƏSTƏLĠKLƏRĠNĠN SĠMPTOMATOLOGĠYASI
Sinir sisteminin funksional vahidi refleksdi, yəni orqanizmin ətraf və daxili mühitdən gələn
qıcıqlara cavab reaksiyasıdır. Sadə şərtsiz refleks qövsü iki neyrondan ibarətdir. Bu neyronlar onurğa
beyin və ya kötüyü səviyyəsində birləşir, onun resptordan mərkəzi sinir siteminə gedən hissəsi afferent
(mərkəzə qaçan), impulsu işçi orqana ötürən hissəsi isə efferent (mərkəzdən qaçan) adlanır. Kliniki
nevrologiyada afferent hissənin vəziyyəti haqqında məlumat almaq üçün səthi və dərin refleksləri
yoxlayırlar. Səthi reflekslərə dəri refleksləri, selikli qişalardan reflekslər məsələn səthi qarın refleksləri
(dərinin qıcıqlanması qarın əzələlərinin yığılmasına səbəb olur, pəncə refleksi (pəncərə üzərinə qıcıqlar
yeritdikdə ayaq barmaqları yığılır) aiddir. Dərin reflekslər bu və ya digər əzələ qruplarının qıcığa
cavab reaksiyasıdır. Bura vətər refleksləri aiddir. Dərin reflekslər - ətraflarda müayinə edilir və onkara
aşağıdakılar aiddir:
Dirsək refleksi – dirsək çuxuru nahiyyəsində ikibaşlı əzələnin vətərinə çəkiclə vurduqda bu
əzələ yığılır.
Diz refleksi – diz qapağının aşağı nahiyyəsinə çəkiclə vurduqda dördbaşlı əzələ yığılır və
ayağın açılmasına səbəb olur. Aşil refleksi – xəstə dizi üstə stulda elə oturur ki, pəncələri
gərginləşmədən onun kənarından sallansın, sonra növbə ilə sağ və sol aşil vətərinə çəkiclə zərbələr
vurulur, üç başlı əzələ yığılır və pəncə bükülür.
Hərəki pozğunluqlar
İnsanın azad hərəkətləri bir qrup əzələlərin yığılması, digər qrup əzələlərin isə açılması
nəticəsində baş verir. Bu fəaliyyət sinir sistemi ilə təmin edilir. Bildiyimiz kimi, efferent sisteminin
əsas törəməsi piramid yoludur. Əgər zədələnmə böyük beyin qabığından ön buynuzlara kimi olan
nahiyyədə (böyük beynin hərəki sahəsi, daxili kapsul, beyin ayaqcığı, körpü, uzunsov beyin, onurğa
beyninin yan sütunları) baş verərsə mərkəzi ifliclər inkişaf edir.
İflic azad hərəkətlərin tam itməsidir, onların qismən itməsi isə parez adlanır. Əzələyə impulsu
ötürən periferik neyronun zədələnməsi zamanı periferik ifliclər baş verir. Mərkəzi və ya spastik ifliclər
hipertonus, hiperrefleksiya və patoloji reflekslıərin meydana çıxması ilə. periferik və ya süst ifliclər isə
atoniya, areflaeksiya və atrofiya ilə xarakterizə olunur. Patoloji reflakslərə Babinski, Oppengeym,
Rosslimo refleksləri aiddir. Babinski refleksi – pəncəaltının lateral hissəsini cızmaqla qıcıqlandırdıqda
baş barmaq açılır. o biri barmaqlar yelpikvari vəziyyət alır. Oppengeyim refleksi – baş və şəhadət
barmağı ilə qamış sümüyünün ön səthinə yuxarıdan aşağıya doğru qıcıq verdikdə baş barmaq açılır, o
biri barmaqlar isə yelpikvari vəziyyət alır. Rossolomo refleksi – pəncənin II-V barmaqlarının altına
çəkiclə vurduqda həmin barmaqlar bükülür. Patoloji reflekslərin əmələ gəlməsi onunla izah edilir ki,
onurğa beynin hərəki ötürücü yollarının fasiləsi zamanı böyük beyin qabığının aşağıda yerləşən
reflektor aparatı üzərində nəzarət olmur, nəticədə oyanma prosesləri üstünlük təşkil etdiyindən onurğa
beyin refleksləri tormozlanır, əzələ tonusu yüksəlir və patoloji reflekslər baş verir. Bu reflekslər
normal insanlarda baş vermir. Ancaq bir yaşına qədər normal uşaqlarda (uşaqa gəzməyənə və hərəki
sisteminin mərkəzi hissələrinin inkişafı qurtarmayana qədər)olur.
Mərkəzi mənşəli yüngül dərəcəli parezlər Barre sinaginin köməyi ilə müəyyən etmək olar.
Xəstə parezli ayağını ona verilən vəziyyətdə saxlaya bilmir və ayağı yavaş-yavaş enməyə başlayır.
Piramid yolunun zədələnmə səviyyəsindən asılı olaraq aşağı və yuxarı ətraflarda ifliclər baş verir. Əgər
zədələnmə onurğa beynin sağ tərəfində, döş şöbəsi səviyyəsində olarsa sağ tərəfli monoplegiya, yəni
bir ayağın iflici, piramid yolunun hər iki tərəfdən boyun şöbəsində olarsa tetraplegiya - əllərin və
ayaqların iflici, onurğa beynin bel nahiyyəsinin zədələnməsində paraplegiya – aşağı ətrafların iflici
olur. Patoloji ocaq daxili kapsulda yerləşəndə sol tərəfli hemiplegiya – sol aşağı və yuxarı ətrafın iflici
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
121
olar, əgər patoloji ocaq sol yarımkürədə yerləşərsə hemiplegiya ilə yanaşı afaziya da müşahidə olunur.
Hemiplegiya üz əzələlərinin iflici və ya parezi ilə yanaşı ola bilər. bu zaman ağız sağlam tərəfə əyilir,
xəstə dilini göstərdikdə. o, iflic olan tərəfə əyilir. Bu pozğunluqlar ona görə baş verir ki, daxili kapsul
nahiyyəsində qabıqdan onurğa beyninə gedən liflərdən əlavə qabıqda uzunsov beyində yerləşən və
kortiko – bulbar yolu əmələ gətirən kəllə sinirlərinin hərəki nüvələrinə ötürücülər gecdir. Bu yolun
sinir liflərinin kəsişməsi beyin kötüyünün müxtəlif səviyyələrində, adətən bu və ya digər kəllə sinirinin
hərəki nüvəsi yaxınlığında baş verir. Hərəki nüvədən üzün, qırtlağın dilin əzələlərinə tərəf yönələn
ikinci neyron başlanır. Ona görə ki, üzün aşağı hissəsinin – dilin və əzələlərin iflici əks yarımkürənin
qabığı ilə əlaqəlidir, yəni bir tərəfli innervasiya olunurlar, kortiko – bulbar yol zədələndikdə müvafiq
sinirlərin funksiyaları pozulur: dişləri ağartdıqda ağız sağlam tərəfə, dil isə iflicə düçar olmuş ətraflara
tərəf əyilir. Üzün yuxarı hissəsinin əzələləri, çeynəmə və udlaq əzələləri, çeynəmə və udlaq əzələləri
hər iki yarımkürənin qabığı ilə əlaqəlidir, yəni ikitərəfli, sağdan və soldan innervasiya olunurlar, buna
görə də bir yarımkürədə zədələnmə olduqda bu əzələlərin funksiyaları pozulur, çeynəmə əzələlərinin
funksiyası – beyin qabığının ikitərəfli zədələnməsi zamanı pozula bilər. Bu zaman dizatriya –
artikulyasiya pozğunluğu, disfagiya – udma aktının pozulması inkişaf edir. Bunlar həqiqi bulbar
pozğunluqlardan fərqli olaraq psevdobulbar adlanırlar və kortiko – bulbar yolun ikinci neyronu, yəni
kəllə sinirinin nüvəsində başlanan və əzələlərində qurtaran neyronu zədələndikdə meydana çıxır. Belə
hallarda iflicə düçar olmuş əzələlərin atrofiyası müşahidə olunur. Zədələnmə ocağı ön mərkəzi
qırışığın yaxınlığında yerləşdikdə xəstədə qıcolma tutmaları baş verir. Ekstr piramid sistemdə (baş
beynin qabıqaltı sahələri, baş beyin nüvələri, retikulyar formasiya, böyük beyin qabığının bəzi
hissələri) zədələnmə olduqda azad hərəki aktların bir qrup pozğunluqları inkişaf edir. Bu pozğunluqlar
ya hərəki fəallığın azalmasınada, ya da ki, qeyri – ixtiyari av tomatik hərəkətlə - hipedrkinezlər kimi
müşahidə olunur. Birinci hallarda hiporkineziya – xəstələr ləng kiçik addımlarla yeriyirlər.
Hiperkinezlər isə müxtəlif nizamsız qeyri – ixtiyari hərəkətlərlə, ayrı-ayrı əzələ qrupların spazmı ilə
xarakterizə olunur. Beyincik zədələndikdə xəstənin yerişi pozulur: xəstə yeridikdə səndələyir,
ətraflarda hərəkət zamanı güclənən intension əsmə qeyd olunur. Bunu burun barmaq sınağının köməyi
ilə yoxlamaq olar: xəstəyə gözü yumulu halda şəhadət barmağı ilə burnun ucuna toxunmaq təklif edilir,
buruna yaxınlaşdıqca xəstənin əlləri yanlara hərəkət edir və burunun ucuna toxuna bilmir. Bu sınağın
köməyi ilə beyincik ataksiyasını da yoxlamaq olar: xəstə barmağı ilə burnunun ucuna yox gözünə,
yanağına toxunur. Xəstə Romberq vəziyyətində də müvazinətini itirir (xəstə ayaqlarını birləşdirir,
gözlərini yumub əllərini qabağa uzadır). əzələ tonusu azalır. Nistaqm olur-göz almalarını yana aparıb
və onları bu vəziyyətdə saxladıqda, göz almaları qeyri-ixtiyari ritmik hərəkətlər edir. Yuxarıdakı
əlamətlər beyinciyin zədələndiyi tərəfdə müşahidə olunur, xəstə sözləri hecalara bölərək söyləyir, yəni
hecavi nitq olur.
Hissiyyat pozğunluqları
İnsan orqanizmi həmişə ətraf və daxili mühit qıcıqlarının təsirinə məruz qalır. Bu qıcıqlar
müxtəlif hissiyyatlar əmələ gətirir. İnsan hərəkəti, ağrını, toxumanı, qoxuları, səsləri duyur və təhlil
edir. Ümumi və xüsusi hissiyyat pozğunluqları kəllə sinirlərinin funksiyaları pozulduqda baş verir.
Ümumi hissiyyatın ötürücü yolları afferent xarakter daşıyır. Dəridə, selikli qişada, daxili orqanlarda
yerləşən reseptorlardan impuls birincili neyron vasitəsilə (onurğa beyin) beynin qabıqaltı və kötük
nüvələruində yerləşən ikincili neyrona ötürülür. Oradan ücüncülü neyron (talamusun
nüvəsində)vasitəsilə informasiya böyük beyin qabığına (mərkəzi qırışıq) çatır. Burada impulslar təhlil
və tədqiq edilir. Bu yollar zədələndikdə hissiyyat pozulur. Ümumi hissiyyat ekstraseptiv (səthi),
proprioseptiv (dərin) və interoseptiv hissiyyata ayırd edilir. Ekstraseptiv hissiyyat ətraf mühitdən gələn
qıcıqlara qarşı olan hissiyyatdır (ağrı, hərarət, taktil). Proprioseptiv hissiyyat isə əzələlərdən,
oynaqlardan, vətərlərdən gələn hissiyyat (təzyiq hissi, vibrasiya, əzələ oynaq hissi), interoseptiv
hissiyyat daxili mühitdən toxumalardan və orqanlardan gələn qıcıqlara qarşı yaranır. Ekstroseptiv
hissiyyat müxtəlif qıcıqlar (iynə batırma, soyuq və isti su olan şüşələri toxundurmaq və s.) yeritməklə
müayinə edilir və simmetrik sahələrdə müqayisə aparılır. Proprioseptiv hissiyyatı yoxlamaq üçün
Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
122
xəstəyə gözlərini yumub passiv hərəkət zamanı, gövdənin vəziyyətini, əşyanın kütləsini təyin etmək
təklif olunur. Eksteroseptiv və proprioseptiv hissiyyatın pozulması hipersteziya – onun azalması,
anesteziya-itməsi, hipersteziya-çoxalması kimi qeyd olunur. Qıcıqlanma simptomlarına müxtəlif ağrı
hissləri aiddir: nevralgiya-sinir boyu baş verən ağrı, kökcük ağrıları-kəmərəbənzər ağrtılar, fantom
ağrılar-amputasiya keçirmiş xəstələrdə, əks olunan ağrılar-patoloji proses başqa yerdə yerləşən zaman
(çox vaxt daxili orqanlarda) dərinin müəyyən hissələrində də ağrılar olur. Açılan ayağı bud çanaq
oynağında yığdıqda bel nahiyyəsində həmin ətrafın arxa səthində (birinci faza) ağrılar çoxalır, diz
oynağında yığdıqda isə ağrı itir (ikinci faza). Bu laseq simptomu adlanır.
Zədələnmənin səviyyəsindən asılı olaraq hissiyyat pozulmaları müxtəlif variantlarda müşahidə
olunur. periferik hissələr (sinir kötükləri, kələfləri) zədələndikdə müvafiq zonalarda bütün hissiyyat
formaları pozulur. Polinevritlər zamanı hissiyyat “corab”, ”əlcək”şəklində (ətrafların distal hissələri),
onurğa beyin zədələndikdə ocaqdan aşağı bütün hissiyyat növləri pozulur. Onurğa beynin müvafiq
hissələrində ocaqlı patologiya zamanı əks tərəfdə hemianesteziya olur.
Kəllə sinirlərinin zədələnmə simptomları
Kəllə sinirlərinin funksiyalarını nəzərə aldıqda onları hissi, (I, II, VIII cüt) hərəki (III, IV, VI,
XI, XII) və qarışıq (V, IX, X cüt)sinirlərə ayırd etmək olar. I cüt sinir zədələndikdə: hiposmiya-qoxu
hissiyyatının azalması, anosmiya-tamamilə itməsi müşahidə oluna bilər. II cüt zədələndikdə
ambliopiya-görmə qabiliyyətinin azalması, amavroz-korluq, hemianopsiya-görmə sahələrinin itməsi.
daltonizm-yaşıl və qırmızı rəngləri seçmə qabiçliyyətinin itməsi müşahidə olunur. III, IV, VI cüt
zədələndikdə ptoz-yuxarı göz qapağının sallanması. diplopiya-gözdə ikiləşmə cəpgözlük olur, göz
almalarının müştərək hərəkəti, onların yuxarı, aşağı, içəri azad hərəkətləri itir, bəbəklərin işığa qarşı
reaksiyası dəyişir, konvergensiya və akkomodasiya pozulur. Üçlü sinirin (V cüt) hissi liflərinin
zədələnməsi innervasiya zonasında (başın, üzün dərisi, burun və ağız boşluğunun selikli qişası, dişlər,
göz alması) ümumi hissiyyatın pozulması ilə müşayət olur. çeynəmə əzələlıərini innervasiya edən
hərəki liflərin zədələnməsi onların atrofiyasına səbəb olur. Üz siniri də (VII cüt) mimik əzələləri
innervasiya edən hərəki və ya hissi liflərdən ibarətdir. onun zədələnməsi mimiki əzələlərin parezi və ya
iflici ilə nəticələnir. Eşitmə siniri (VIII cüt)iki hissi sinirtdən ibarfətdir: aşağı eşitmə və yuxarı
vestibulyar sinirlərdən. Birincisi zədələndikdə eşitmə qabiliyyətinin pozulması: hipokauziya - azalması,
yaxud anakuziya - karlıq müşahidə olunur. Vestibulyar sinirin zədələnməsində müvazinət və hərəkətin
koordinasiyası pozulur, ataksiya baş verir; baş gicəllənmə olur. Əsas əlamətlərdən biri də nistaqmdır.
IX, X, XI və XII cüt sinirlərin hərəki lifləri zədələndikdə udlağın, yumşaq damağın, qırtlağın, qida
borusunun, boyunun, dilin müxtəlif funksiyaları pozulur və bulbar iflic inkişaf edir; disfagiya-udma
aktının pozulması, dizartriya-sözlərin tələfüssünün pozulması, disfoniya-səsin pozulması və bir sıra
başqa əlamətlər müşahidə olunur, hissi liflər pozulduqda dadbilmə pozulur. X cüt azan sinirini saya
əzələlərə, daxili orqanların damarlarına çoxlu hərəki parasimpatik liflıəri gedir və onların zədələnməsi
çox təhlükəlidir.
Dostları ilə paylaş: |